Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Yanvar, şənbə, Bakı vaxtı 16:27

Əfqanıstanın şərqində qadın teleaparıcı öldürülüb


Malalay Mayvand dəfn olunur

Əfqanıstanda özəl televiziyanın qadın jurnalisti və onun sürücüsü naməlum silahlı şəxslər tərəfindən öldürülüb. Hadisə şərqi Nangarhar vilayətində baş verib.

Enikass TV-nin aparıcısı Malalay Mayvand dekabrın 10-da səhər vilayət paytaxtı Calalabada işə gedərkən hücuma məruz qalıb. Onun telekanalda səkkiz ilə yaxın işlədiyi bildirilir.

Mayvand həm də əfqan qadınları və uşaqlarının hüquqlarının təbliği ilə məşğul idi.

Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.

Enikass TV-nin rəhbəri Zalmay Latifi qətlə görə “ölkənin düşmənləri”ni ittiham edib, kanalın ölüm təhdidləri aldığını bildirib.

Pakistanla həmsərhəd bu vilayətdə Taliban və İslam Dövləti qruplaşmaları fəaldır.

Son aylar ölkədə jurnalist, ruhanilər, siyasətçilər, insan haqları fəalların daxil olmaqla tanınmış şəxslərin öldürülməsi halları artıb. Qətərdə isə hökumət təmsilçiləri ilə Taliban arasında danışıqlar aparılır, müharibəyə son qoymağa cəhdlər olunur.

XS
SM
MD
LG