Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 23:48

Nazirlik həlak olanların adlarını açıqlayıb


Ekspert itkilərin sayı haqda: "Xüsusi təyinatlılar və dronlar..."
Gözlə

No media source currently available

0:00 0:05:00 0:00

Ekspert itkilərin sayı haqda: "Xüsusi təyinatlılar və dronlar..."

Azərbaycan Müdafiə Nazirliyi bu gün, dekabrın 8- də İkinci Qarabağ savaşında həlak olan hərbi qulluqçuların ad və soyadlarını açıqlayıb.

Vətən müharibəsində həlak olmuş hərbi qulluqçuların siyahısı

Nazirlik beş gün öncə, dekabrın 3-də yaydığı məlumata əlavə olaraq bildirib ki, (onda 2783 nəfər hərbi qulluqçunun həlak olduğu qeyd edilmişdi) bugünədək 2723 nəfər dəfn edilib: "Dəfn edilmiş şəhidlərimizin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur. İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və şəxsiyyəti müəyyən olunmayan şəxslərin identifikasiyası üzrə işlər davam etdirilir".

Azərbaycan Müdafiə Nazirliyinin dekabrın 3-də bildirmişdi ki, 44 günlük savaşda bu ölkənin silahlı qüvvələrinin 2783 nəfər hərbi qulluqçusu həlak olub. 100 nəfərdən artıq hərbçinin itkin düşmüş hesab olunduğu, 1245 nəfərin isə tibb müəssisələrində müalicəsinin davam etdiyi bildirilib.

Həmin savaşda 94 mülki şəxsin də həlak olduğu, 400-dən çoxunun isə yaralandığı açıqlanmışdı.

İkinci Qarabağ savaşı

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni, Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi Azərbaycanın separatçı saydığı qüvvələrin və Rusiya sülhməramlılarının nəzarətindədir.

Xatırlatma

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ savaşında) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG