Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Yanvar, şənbə, Bakı vaxtı 04:55

Tomas de Vaal: ‘Qarabağ indi Rusiyanın anklavıdır’


Şuşa yaxınlığı, 26 noyabr, 2020-ci il

Tomas de Vaal düşünür ki, münaqişə tamamilə fərqli bir mərhələyə daxil olub. Atəşkəs əldə edilib, ancaq siyasi razılaşmadan söhbət gedə bilməz

Dağlıq Qarabağ üzrə tanınmış ekspert, Karnegi Avropa fondunun mütəxəssisi Tomas de Vaal AzadAvropa/AzadlıqRadiosu-nun Ermənistan xidmətinə müsahibəsində Azərbaycanın separatçı regionu ilə bağlı sualları cavablandırıb.

Azərbaycan qüvvələri sentyabrın 27-dən noyabrın 9-dək Dağlıq Qarabağ ətrafındakı dörd rayonu, eləcə də Şuşa şəhərini, Hadrut qəsəbəsini işğaldan azad edib. Noyabrın 10-da açıqlanmış atəşkəs sazişi ilə qalan 3 rayon da dekabrın 1-dək Azərbaycana qaytarıldı. Eyni zamanda tərəflərin təmas xəttinə və Laçın dəhlizinə 2 min Rusiya sülhməramlısı yerləşdirilib.

Tomas de Vaal düşünür ki, münaqişə tamamilə fərqli bir mərhələyə daxil olub. Atəşkəs əldə edilib, ancaq siyasi razılaşmadan söhbət gedə bilməz.

Status məsələsini həll etmək “çox çətindir”

“İndi Qarabağın statusu məsələsini həll etmək, məncə, çox çətindir. Azərbaycan tərəfi bu məsələni artıq müzakirədən çıxarılmış sayır. Ancaq Ermənistanla Azərbaycan arasında münasibətlərin gələcəkdə normallaşması üzrə danışıqlar aparılmalıdır. Məncə, ATƏT-in Minsk qrupu hazırda mümkün olan yeganə formatdır”, – de Vaal deyir.

Ekspert duruma indi Rusiyanın nəzarət etdiyini, Birləşmiş Ştatlar və Fransanın vasitəçi rolu oynaya biləcəyinin sual altında olduğunu düşünür.

“Bakının üzərində daha böyük təsiri ola biləcək Avropa ölkəsini görmək istərdim. Yaxşı olardı, həmin ölkə Fransanı əvəzləyərdi. Ola bilsin, Almaniya... Bu, Fransaya daha Azərbaycanda hörmətlə yanaşılmamasının əksi olar”, – ekspert deyir.

Fransa parlamenti Dağlıq Qarabağın müstəqilliyini tanıyan qətnamə qəbul edəndən sonra Azərbaycan Fransaya nota verib.

De Vaal Dağlıq Qarabağın statusu məsələsinin həllinin çox çətin olacağını vurğulayıb. Azərbaycan qüvvələri hazırda Qarabağın cənubunda – Hadrutda yerləşiblər. “Ancaq ermənilərin və Minsk qrupunun nöqteyi-nəzərindən status danışıqların əsasında durur. Görək, hadisələr necə inkişaf edir”, – o deyib.

“De-fakto isə indi o, Rusiyanın anklavıdır”

“Dağlıq Qarabağda nə baş verir? Ermənistan Dağlıq Qarabağda təhlükəsizliyin təminatçısı statusunu itirdi. Rusiyalılar əraziyə tam nəzarət edir. Digər tərəfdən, Rusiya Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu etiraf edir. İndi Azərbaycan əsgərlərinin Xankəndidə alış-veriş etdiyini görürük. İnanılmaz vəziyyətdir. Siz bütün bunları necə yozursunuz?”

Tomas de Vaal Ermənistan xidmətinin rəhbəri Hrair Tamrazyanın bu sualını belə cavablandırıb:

“Doğrudur, Rusiya Dağlıq Qarabağın de-yure Azərbaycanın tərkib hissəsi olduğunu vurğulayır. De-fakto isə indi o, Rusiyanın anklavıdır. Orada Rusiya sülhməramlıları yerləşdirilib. Ermənistan deyil, Rusiya ərazinin təhlükəsizlik patronuna çevrilib. Hətta rus dilinin Qarabağda rəsmi dil olmasından danışırlar. Məncə, qarabağlılar elə rusca danışırlar. Bəli, bu gün Qarabağ əslində, Rusiyanın nəzarəti altındadır. Rusiya üçün o, Qafqazda itirmək istəmədiyi strateji ərazidir. Texniki baxımdan isə, əlbəttə, deyirlər ki, Azərbaycanın ərazisidir”.

Ordu niyə dörd rayonu da azad etmədi? İ.Əliyevin yaratdığı analitik mərkəzin sədri şərh edir
Gözlə

No media source currently available

0:00 0:36:44 0:00

Rusiyaya tam sülh sərf eləmir

De Vaal deyir ki, Rusiya regionda qeyri-sabit sülhün qalmasında maraqlıdır, bu halda Rusiya sülhməramlılarının varlığı əsaslandırılacaq. Rusiya üçün tam sülh deyil, nə hərb, nə sülh vəziyyəti əlverişlidir. Buna görə də, ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden nə isə eləmək istəyə bilər. “Amma onlar da zəif mövqedən başlayırlar”, – ekspert vurğulayır.

9 noyabr sazişində nəzərdə tutulan, Azərbaycanı Naxçıvanla birləşdirəcək dəhliz Ermənistanın suverenliyinin pozulması sayıla bilərmi? De Vaal deyir ki, bu dəhliz məsələsi ermənilər üçün inanılmaz dərəcədə çətin olacaq. Çünki onlar öz ərazilərində türklər və azərbaycanlıların istifadə edəcəyi dəhlizin çəkilməsinə razılıq verməlidirlər.

“Ermənistanla İranı birləşdirəcək şimal-cənub yolu da çəkilə bilər. Amma məncə, Ermənistanın buna razılaşması çox çətin olacaq. Elə buna görə də düşünürəm ki, bu dəhlizin işləməsindən ötrü Ermənistanla Azərbaycan arasında tam siyasi razılaşmaya dair danışıqlar aparılmalıdır”.

XS
SM
MD
LG