Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 04:09

Belarusda 300-dən çox etirazçı saxlanıb


Minskdə etiraz yürüşü

BMT-nin məlumatına görə, seçki başlayanı 27 mindən çox insan saxlanıb. Saxlananlara işgəncə verilməsi, pis rəftar olunması, bir neçə nəfərin ölməsi haqda etibarlı məlumatlar var

Dekabrın 6-da Belarusda nümayişlərdə 300-dən artıq etirazçı saxlanıb. Nümayişçilər avtoritar lider Alyaksandr Lukaşenkanın istefasını tələb edirlər.

Bazar günü Minskdə və digər şəhərlərdə minlərlə etirazçı küçələrə çıxıb, yaşayış məntəqələrində saysız kiçik yürüşlər keçirilib.

Artıq üçüncü bazar gündür nümayişlər “Qonşuların Yürüşü” devizi altında keçirilir. Müxalifətin bu strategiyasında məqsəd etirazları mərkəzdən uzaqlaşdırmaq, fəalların saxlanmasını çətinləşdirməkdir.

Lukaşenka əleyhinə etirazlarda onlarla nümayişçi saxlanıb
Gözlə

No media source currently available

0:00 0:01:38 0:00

İki jurnalist də həbs olunub

Minskdə mənzillənən “Vyasna” (Bahar) insan haqları mərkəzinin məlumatına görə, Minskin bir neçə rayonunda və digər şəhərlərdə 300-dən çox etirazçı saxlanıb. Qrodnada nümayişləri işıqlandıran iki jurnalist də həbs olunub.

Paytaxtda metro stansiyaları qısa müddətə bağlanıb, azı iki meydan təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb. Etirazlardan öncə şəhər mərkəzinə su şırnaqları və digər təhlükəsizlik avadanlığı yerləşdirilib.

Avqustun 9-da prezident seçkisinin qalibi Lukaşenka elan olunandan sonra ölkəni etirazlar bürüyüb. Müxalifət və Qərb seçkinin saxtalaşdırıldığını bildirir.

Müxalifət seçkinin qalibinin Svetlana Tixanovskaya olduğunu deyir, Lukaşenkanın istefasını, siyasi məhbusların hamısının buraxılmasını, yeni seçki keçirilməsini tələb edir.

“Etiraz həyatımızın bir hissəsinə, iş, ailə ilə keçirdiyimiz vaxt kimi ayrılmaz hissəsinə çevrilib”, – Tixanovskaya yürüşdən öncə bəyanatında deyib.

27 mindən çox etirazçı saxlanıb

Polis indiyədək etirazları amansızlıqla yatırdıb. BMT-nin insan haqları üzrə rəsmisi Mişel Baçele dekabrın 4-də deyib ki, Belarusda insan haqlarının vəziyyəti pisləşməkdədir.

BMT-nin məlumatına görə, seçki başlayanı 27 mindən çox insan saxlanıb. Saxlananlara işgəncə verilməsi, pis rəftar olunması, bir neçə nəfərin ölməsi haqda etibarlı məlumatlar var.

Müxalifət liderləri isə ya saxlanıb, ya da mühacirətə getməyə məcbur olub.

Avqustdan bəri 373 jurnalistin saxlandığı, onlardan altısının hazırda həbsdə olduğu bildirilir.

Etirazların yatırdılması beynəlxalq miqyasda qınansa da, Rusiya müttəfiqini dəstəkləyib.

Qərb seçkinin nəticələrini qəbul etmir, Avropa Birliyi Lukaşenkaya və onlarla rəsmiyə sanksiyalar tətbiq edib.

XS
SM
MD
LG