Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:45

Müxalifət Paşinyana dekabrın 8-dək vaxt verib


Yerevanda müxalifətin aksiyası, 5 dekabr 2020
Yerevanda müxalifətin aksiyası, 5 dekabr 2020

Dekabrın 5-də Ermənistanın paytaxtı Yerevanda Baş nazir Nikol Paşinyanın istefası tələbilə yenidən mitinq keçirilib. AzadlıqRadiosu-nun Ermənistan xidmətinin məlumatına görə, mitinq iştirakçıları baş nazirin iqamətgahı olan hökumət bağına doğuru yürüş keçiriblər.
Bina qarşısında keçirilən aksiyada Daşnaksutyun partiyasının ali orqanının təmsilçisi İşxan Saqatelyan bəyan edib ki, müxalifət istefa qərarı üçün Paşinyana vaxt verir.
“Biz Nikol Paşinyana çərşənbə axşamı saat 12-dək vaxt veririk ki, öz komandası, məsləhətçiləri ilə istefaya getməsinə dair son qərarını müzakirə etsin” – deyə İşxan Saqatelyan bildirib.
“Nikol, bu sənin hökumət bağında keçirdiyin son saatlarındır. Bizim bir tələbimiz var – Nikol getməlidir və nöqtə” – müxalifətçi əlavə edib.
Müxalifət Dağlıq Qarabağda 44 günlük müharibədəki uğursuzluğa görə Paşinyanı günahlandırır.
Bundan öncə 17 partiyadan ibarət Vətəni Qurtuluş Komitəsi Ermənistanın keçmiş baş naziri və müdafiə naziri Vazgen Manukyanın keçid hökumətində baş nazir vəzifəsinə namizədliyini irəli sürdüyünü açıqlayıb.
Müxalifətin yaydığı bəyanata görə, baş nazir postuna keçəcək Manukyan partiya fəaliyyətini dayandıracaq, bir ildən sonra erkən parlament seçkiləri keçirmək öhdəliyi götürəcək. Özü vaxtından əvvəl parlament seçkilərinə qatılmayacaq və baş nazir postuna iddia etməyəcək.

Vazgen Manukyan
Vazgen Manukyan

Mitinq iştirakçılarına müraciəti zamanı Vazgen Manukyan deyib ki, yaxşı olar Paşinyan tutduğu postdan könüllü getsin, əks təqdirdə buna məcbur ediləcək.

“Paşinyan anlamalıdır ki, bu, onun mədəni şəkildə getmək şansıdır. Bu şansını itirsə qəzəbli xalq onu parçalayacaq. O, istənilən halda gedəcək” – Makunyan bəyan edib.

Paşinyan 9 noyabrda imzalanmış üçtərəfli – Azərbaycan, Ermənistan və Rusiyanın atəşkəs razılaşması açıqlanandan sonra istefa tələblərini rədd edib, növbəti altı ay üçün yol xəritəsi açıqlayıb.

Atəşkəs razılaşmasına görə, Qarabağda döyüşlər dayandırılıb, tərəflər tutduqları mövqelərdə qalıblar. Təmas xəttinə isə Rusiya hərbçiləri yerləşdirilib.
Azərbaycan bu il sentyabrın 27-dən noyabrın 9-dək 300 civarında kəndi, Şuşa və daha dörd şəhəri, Hadrut yaşayış məntəqəsini işğaldan azad edib. Atəşkəsdən sonra Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycana təhvil verilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG