Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:33

Paşinyanın açıqlaması: Müharibəni qaçılmaz edən nə olub?


Nikol Paşinyan
Nikol Paşinyan

"Biz diplomatiyada uğursuzluğa düçar olmadıq, son 20-25 ildə baş verən diplomatik uğursuzluqların yükündən qurtarmaq cəhdlərini bacarmadıq. Əvvəlki uğursuzluqların nəticələrindən qaçmağa çalışarkən uğursuzluğa uğradıq, bax həqiqət budur".

Bu sözləri xalqa müraciətində Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

"Bir çoxunuz inanmayacaqsınız..."

«Son 25 ildə müxtəlif instansiyalarda qəbul edilən çoxsaylı sənədlərdə Azərbaycan ərazilərinin işğal olunduğu və bu məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması, bu uğur idimi? 2013-cü ildən başlayaraq Azərbaycan hərbi eskalasiya mərhələsinə başladı və buna görə onu heç kim qınamadı. Bu idimi diplomatik uğur? Niyə? Çünki təyyarədəki tualetə gedəndə qapını bağlayırsan, orda yazılıb: "işğal olunub". Bir çoxunuz inanmayacaqsınız, amma bu, 2000-ci illərdəki müzakirələrdə iştirak edən birinin demək olar ki, açıq şəkildə səsləndirdiyi dəqiq bir sistatdır".

Azərbaycan ordusu Rusiya sülhməramlılarının nəzarətində qalan Laçın şəhərində 1, 2020
Azərbaycan ordusu Rusiya sülhməramlılarının nəzarətində qalan Laçın şəhərində 1, 2020

"...şifahi vədlərdən sonra müharibəni dayandıra bildiniz”

Paşinyan müharibə olmadan məsələnin həll edilə biləcəyi ilə bağlı ona qarşı irəli sürülən ittihamlara da cavab verib.

"Bizi müharibədən qaça bilməməkdə ittiham edirlər. Əgər siz bacarsaydınız 2016-cı ildəki müharibədən qaçardınız. Siz qaça bilmədiniz, siz müharibəni dayandıra bilmədiniz, amma əraziləri qaytarmaqla bağlı şifahi vədlərdən sonra müharibəni dayandıra bildiniz”

Paşinyan: Bizə dedilər Ermənistan ötən dövrlərdə vəd versə də buna əməl etmədi

İşğaldan azad olunan Ağdam şəhərinin görüntüsü, 24 noyabr 2020
İşğaldan azad olunan Ağdam şəhərinin görüntüsü, 24 noyabr 2020

Nikol Paşinyan “bəs bu dəfə bunu etmək niyə mümkün olmadı” sualına da belə cavab verir.
"Bizə dedirlər ki, Ermənistan ötən dövrlərdə bir neçə dəfə topaqların geri qaytarılmasını vəd versə də buna əməl etmədi. İndi ancaq yazılı fomada və konkret tarix göstərilməklə danışıqlar davam etdirilə bilər.”

Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putun, müharibənin dayandırılması ilə bağlı bəyanat imzalayır, 9 noyabr 2020
Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putun, müharibənin dayandırılması ilə bağlı bəyanat imzalayır, 9 noyabr 2020

"Bəs onda siz niyə ..."

Ermənistan baş nazirinə görə, müharibəni ancaq “9 noyabda imzalanan sənədin eynisini imzalamaqla” dayandırmaq olardı.

«Mən müharibəyə qədər və ondan sonra imzalanmalı olan sənədi nəzərdə tuturam. Yeri gəlmişkən, müharibənin birinci günü parlamentin tribunasından mən dedim ki, müharibəni bu saat dayandıra bilərəm, onu da dedim ki, bu bizə hansı qiymətə başa gəlir. Bəs onda siz niyə müharibənin həmin şərtlərlə dayandırılmasına razı olduğunuzu bəyan etmədiniz?

Paşinyan daha sona “futbol diplomatiyası qaydaları ilə” Türkiyənin də Qarabağ məsələsinə daxil olduğunu deyib.
“Erməni diplomatiyasının uğursuzluğu üzündən o, (Tükiyə nəzərdə tutulur) Azərbaycanın ərazilərinin işğal altında qaldığı müddətdə Ermənistanla əlaqələr qurmayacağını açıqladı.”

Bir müddət əvvəl Ermənistanın keçmiş prezidenti Röbert Köçəryan yerli 5TV-yə müsahibəsində hazırkı hakimiyyəti 44 günlük müharibə ilə bağlı tənqid edib. O deyib ki, Dağlıq Qarabağda müharibədən həm qaçmaq olardı, həm də başlayan müharibəni elə ilk günlər dayandımaq olardı.

Xatırlatma

İran ərazisindən döyüş görüntüləri
İran ərazisindən döyüş görüntüləri

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək, üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edilib. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG