Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:13

Yerevanda itaətsizlik aksiyaları keçirilir


Yerevan, 3 dekabr, 2020-ci il
Yerevan, 3 dekabr, 2020-ci il

Etirazçılar deyiblər ki, noyabrın 9-da üçtərəfli bəyanata imza atmış şəxs baş nazir postunda qala bilməz

Dekabrın 3-də axşam saatlarında Ermənistanın paytaxtı Yerevanda Baş nazir Nikol Paşinyanın istefası tələbilə itaətsizlik aksiyaları keçirilib. Etirazçılar küçələri bağlayaraq yürüş ediblər.

AzadlıqRadiosu-nun Ermənistan xidmətinin məlumatına görə, etirazçılar qruplarla müxtəlif yolayrıcılarına gedib, küçələri bir-iki dəqiqəliyə bağlayıb, polisin çağırışından sonra açıblar. Saxlananlar da olub.

Etirazçılar deyiblər ki, noyabrın 9-da üçtərəfli bəyanata imza atmış şəxs baş nazir postunda qala bilməz.

Söhbət Azərbaycan, Ermənistan və Rusiya liderlərinin həmin tarixdə imzaladığı atəşkəs razılaşmasından gedir. Razılaşmaya görə, Qarabağda döyüşlər dayandırılıb, tərəflər tutduqları mövqelərdə qalıblar. Təmas xəttinə isə Rusiya hərbçiləri yerləşdirilib.

Müxalifət baş nazirliyə namizəd irəli sürür

Dekabrın 3-də Ermənistanda Baş nazir Nikol Paşinyanın istefasını tələb edən 17 partiya Baş nazir postuna Vazgen Manukyanın namizədliyini irəli sürüblər.

Onların yaydığı bəyanata görə, baş nazir postuna keçəcək Manukyan partiya fəaliyyətini dayandıracaq, bir ildən sonra erkən parlament seçkiləri keçirmək öhdəliyi götürəcək. Özü vaxtından əvvəl parlament seçkilərinə qatılmayacaq və baş nazir postuna iddia etməyəcək.

Paşinyan isə atəşkəs razılaşması açıqlanandan sonra istefa tələblərini rədd edib, növbəti altı ay üçün yol xəritəsi açıqlayıb.

Azərbaycan bu il sentyabrın 27-dən noyabrın 9-dək 300 civarında kəndi, Şuşa və daha dörd şəhəri, Hadrut yaşayış məntəqəsini işğaldan azad edib. Atəşkəsdən sonra Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycana təhvil verilib.

Müdafiə Nazirliyi döyüşlərdə 2 min 800-dək hərbçinin öldürüldüyünü, 100-dən çox itkin olduğunu açıqlayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG