Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Yanvar, çərşənbə, Bakı vaxtı 10:30

BMT marixuananı narkotik siyahısından çıxardı


Arxiv fotosu

Ukrayna səsvermədə iştirak etməyib. Bu yaxınlarda ölkədə keçirilmiş sorğuda respondentlərin əksəriyyəti marixuananın leqallaşmasına səs veriblər

Dekabrın 2-də BMT komissiyası marixuana və ondan alınan məhsulları təhlükəli narkotiklər siyahısından çıxarıb. Söhbət 1961-ci ildə qəbul olunmuş Narkotik vasitələr haqqında üzrə Vahid Konvensiyanın 4-cü siyahısından gedir.

Ölkələrin siyasəti fərdi müəyyənləşir

Bu, Dünya Səhiyyə Təşkilatının (DST) tövsiyəsi ilə edilib. 53 ölkədən ABŞ və AB ölkələri daxil olmaqla 27-si marixuananın siyahıdan çıxarılmasına, Rusiya daxil 25-i isə əleyhinə səs verib.

Ukrayna səsvermədə iştirak etməyib. Bu yaxınlarda ölkədə keçirilmiş sorğuda respondentlərin əksəriyyəti marixuananın leqallaşmasına səs veriblər.

4-cü siyahıya güclü nəzarət altında olan heroin kimi maddələr daxildir. Marixuana narkotik və psixoaktiv maddələrin yer aldığı 1-ci siyahıda qalır.

Ekspertlərin fikrincə, BMT komissiyasının qərarının təcili təsirləri olmayacaq, çünki hər bir ölkə narkotiklər üzrə siyasətini özü müəyyənləşdirir. Ancaq “New York Times” yazır ki, bir çox ölkələr siyasətin müəyyənləşməsində qlobal konvensiyanı əsas tuturlar.

Bundan sonra marixuana müalicəvi xüsusiyyətli maddə hesab olunacaq.

Ermənistan kəndlərində köçə məcbur qaldıqlarını deyirlər - Kəlbəcərə görə
Gözlə

No media source currently available

0:00 0:03:40 0:00

2019-cu ildə DST marixuananın təsnifatını yumşaltmağı tövsiyə etmişdi. Bu, BMT komissiyasında fikir ayrılığına səbəb olmuşdu. Fransa daxil bəzi ölkələr əvvəlcə dəyişikliklərə qarşı çıxdılar, sonra mövqelərini dəyişdilər.

Dünyanın bir sıra ölkələrində, ABŞ-ın ştatlarında marixuana tibbi məqsədlər, yaxud fərdi istifadə üçün leqallaşdırılıb. Ancaq məsələn, Rusiya qanunvericiliyində marixuana ilə digər narkotiklər arasında fərq qoyulmur. Prezident Vladimir Putin bu yaxınlarda 2030-cu iləcən dövlət antinarkotika siyasəti strategiyasını təsdiqləyib. Sənəddə narkotiklərlə mübarizə qanunvericiliyinin liberallaşdırılması milli təhlükəsizliyə təhdid hesab olunub.

Putin hökumətə narkotiklərin internetdə təbliği və onlardan istifadəyə meylliliyə görə cinayət məsuliyyəti nəzərdə tutan dəyişikliklər hazırlamağı tapşırıb. Bu layihələri Dumaya təqdim olunsa da, hələ ki qəbul olunmayıb.

XS
SM
MD
LG