Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:31

Məhkəmə Atambayevin məhkumluğunu ləğv elədi


Almazbek Atambayev məhkəmədə, 27 noyabr, 2020-ci il
Almazbek Atambayev məhkəmədə, 27 noyabr, 2020-ci il

Avqustun əvvəlində Bişkek Şəhər Məhkəməsi Atambayevin 11 il iki ay həbs cəzasını qüvvədə saxlamışdı

Qırğızıstan Ali Məhkəməsi keçmiş prezident Almazbek Atambayevin məhkumluğunu və həbs cəzasını ləğv edib. Atambayev 2013-cü ildə kriminal aləmdə ad çıxarmış Əziz Batukayevin həbsdən qanunsuz buraxılmasında roluna görə bu ilin iyununda məhkum edilmişdi.

Atambayevin vəkili Zamir Cuşev noyabrın 30-da axşam AzadAvropa/AzadlıqRadiosuna deyib ki, Ali Məhkəmə işin Bişkekdəki Birinci May rayon məhkəməsinə yenidən baxılmaq üçün göndərilməsi barədə qərar çıxarıb. Bu qərarın səbəbi açıqlanmayıb.

Avqustun əvvəlində Bişkek Şəhər Məhkəməsi Atambayevin 11 il iki ay həbs cəzasını qüvvədə saxlamışdı.

Atambayev heç bir cinayət törətmədiyini deyir.

Əziz Batukayev 2013-cü ildə gözlənilmədən azad olunaraq dərhal Rusiyaya gedib. O, keçmiş deputatın, Daxili İşlər Nazirliyi rəsmisinin ölümü daxil bir neçə cinayətdə təqsirli bilinmişdi.


Atambaev necə həbs olundu

Atambayev isə ötən il avqustun əvvəlində həbs olunub. Tərəfdarları və təhlükəsizlik qüvvələri arasında ikigünlük qarşıdurmadan sonra polisə təslim olub. O, DİN-in Batukayevin buraxılması üzrə dindirilməyə getmək çağırışına tabe olmamışdı.

Sözügedən qarşıdurmada isə bir təhlükəsizlik əməkdaşı öldürüldü, 79 hüquq-mühafizə işçiləri olmaqla 170 nəfər xəsarət aldı.

Atambayev sonradan 13 müttəfiqi və tərəfdarı ilə birlikdə qətlə, adamöldürmə cəhdi, hakimiyyət təmsilçisini hədələmə, yaxud hücum etmə, girov götürmə və hakimiyyətin zorla ələ keçirilməsində ittiham olundular.

Hazırda bu ittihamlar üzrə məhkəmə davam edir, martdan bəri Atambayevin sağlıq problemləri, bəzən vəkillərin iştirak etməməsindən dolayı bir neçə dəfə təxirə salınıb. Daha bir səbəb isə koronavirusa görə fövqəladə vəziyyətin elan olunmasıydı.

Oktyabrın 6-da parlament seçkilərinin rəsmi nəticələrinə kütləvi etirazlar zamanı Atambayev Bişkekdə təcridxanadan çıxarıldı. O, oktyabrın 10-da yenidən həbs olundu, oktyabrın 9-da paytaxtda qanunsuz nümayişin təşkilində ittiham olundu.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG