Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Yanvar, çərşənbə, Bakı vaxtı 23:54

'Ağyoxuş' qızıl yatağı istismara verildi


Kəlbəcərdə qızıl yatağı ətrafında nə baş verir?
Gözlə

No media source currently available

0:00 0:04:03 0:00

Kəlbəcərdə qızıl yatağı ətrafında nə baş verir?

"Ağyoxuş" qızıl yatağı istismara verilib. Bu barədə bu gün, noyabrın 30-da "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti (QSC) məlumat verib.

Bildirilir ki, Daşkəsəndə yerləşən "Çovdar" Filiz Emalı Sahəsinin bazasında Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinin (ÇİRES) yaradılması qərara alınıb.

Layihənin icrası ilə tanışlıq məqsədilə noyabrın 28-də Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev və İqtisadiyyat nazirinin müavini, "AzerGold" QSC-nin Müşahidə Şurasının sədri Rövşən Nəcəf "Çovdar" Filiz Emalı Sahəsində olublar.

Tədbirdə layihənin icrasının ilkin mərhələsi olaraq 2017-ci ildə "Çovdar" yatağının yaxınlığında kəşf edilən "Ağyoxuş"un istismara verilməsi üzrə görülən işlər barədə geniş bəhs edilib: "Qeyd edilib ki, hazırda "Ağyoxuş" yatağının birinci mərhələsi ("Ağyoxuş 1") üzrə hasilat işlərinə başlanılır. "Ağyoxuş" nisbətən kiçik yataq hesab edilsə də, hazırda fəaliyyətdə olan "Çovdar" mədəninə yaxınlıqda yerləşməsi bu yatağın əlavə kapital qoyulmadan, eləcə də yeni emal zavodu və müvafiq infrastruktur qurulmadan istismarına şərait yaradır".

Məlumata görə, Z.İbrahimov bildirib ki, "Ağyoxuş" yatağının işlənməsi üç istismar mərhələsindən ibarət olacaq ("Ağyoxuş 1", "Ağyoxuş 2" və "Ağyoxuş 3") və bütün mərhələlərin icrası Çovdar İnteqrəedilmiş Regional Emal Sahəsində həyata keçiriləcək: "2022-ci ilin sonuna qədər "Ağyoxuş" yatağının üç mərhələsi ilə yanaşı, "Çovdar" yatağının sulfid hissəsi üzrə hasilatından, eləcə də yaxınlıqda yerləşən digər – "Mərəh", "Tülallar", "Narçala" yataqlarının istismarından əldə ediləcək filizlərin də məhz burada emal edilməsi nəzərdə tutulur".

"Çovdar" qızıl yatağı Daşkəsən rayonunda yerləşir. "AzerGold" QSC yataqda hasilat işlərinə 2017-ci ildən başlayıb. Yatağın təsdiq olunmuş ümumi qızıl resursları 1661000 unsiya (51.5 ton filiz) təşkil edir. Bu həcmin 363500 unsiyası yerüstü (oksid), 1298000 unsiyası isə yeraltı (sulfid) filizlərinin payına düşür.

"Ağyoxuş" yatağı "Çovdar" yatağından 7 km şimal-şərqdə, Göygöl rayonunun inzibati ərazisində yerləşir. Onun ehtiyat resursları açıqlanmayıb.

Xatırlatma

Azərbaycanda qızıl və gümüş, əsasən, 1997-ci il avqustun 21-də imzalanmış PSA (Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasil olunur.

Müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, Ermənistan silahlı qüvvələrinin nəzarət etdiyi Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutub.

Müqavilədə Azərbaycanın payı 51, Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin isə 49 faiz təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

"AzerGold" QSC yaradıldıqdan sonra digər yataqlar üzrə də fəaliyyət göstərməyə başlayıb.

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlayıb. Döyüşlər noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından yayılan atəşkəs bəyanatı əsasında dayanıb. Azərbaycan işğal altında olan Zəngilan rayonunu azad edib. Nəticədə oradakı "Vejnəli" yatağına nəzarəti əldə edib. Razılaşma əsasında Kəlbəcər rayonu da boşaldılıb. Azərbaycan bildirir ki, oradakı "Söyüdlü" (Ermənistanda "Zod” adlandırır - red.) yatağının da 74 faizi onların payına düşür.

XS
SM
MD
LG