Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:24

Etirazçılara 'xəbərdaredici atəş' açıldığı təsdiqlənir


Prezident A.Lukaşenka iqamətgahına silahlı gəlir. 23 avqust 2020
Prezident A.Lukaşenka iqamətgahına silahlı gəlir. 23 avqust 2020

Çamadanava ictimai tədbirlərlə bağlı qanunvericiliyi pozduğuna görə 313 nəfərin saxlandığını sözlərinə əlavə edi

Belarusun Daxili İşlər Nazirliyi təhlükəsizlik qüvvələrinin noyabrın 29-da etirazçılara qarşı “xüsusi vasitələr”dən istifadə etdiyini təsdiqləyib. Etirazçılar avtoritar lider Alyaksandr Lukaşenkanın istefasını tələb edirlər.

Nazirliyin sözçüsü Volha Çamadanava noyabrın 30-da Telegram-da yazıb ki, hüquq-mühafizə əməkdaşları nümayişçiləri dağıtmaq üçün xəbərdaredici atəş açıblar. AzadlıqRadiosu-nun Belarus xidməti isə etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbaralarından istifadə olunduğunu xəbərləmişdi.

Çamadanava ictimai tədbirlərlə bağlı qanunvericiliyi pozduğuna görə 313 nəfərin saxlandığını sözlərinə əlavə edib.

“Vyasna” insan haqları mərkəzi noyabrın 29-da ölkəboyu 420-dən artıq nümayişçinin saxlandığını bildirmişdi.

Noyabrın 27-də Minskdə xəstəxanaya baş çəkən Lukaşenka deyib ki, yeni konstitusiya qəbul olunarsa istefa verər.

“Yeni konstitusiya ilə sizinlə prezident kimi işləməyəcəyəm”, – dövlət mediası ona istinadla yazıb.

Lukaşenka bir neçə dəfə yeni konstitusiyanın qəbuluna çağırıb, ancaq müxalifət bu bəyanatları hakimiyyətdə qalmaq üçün vaxt udmaq cəhdi adlandırır.

***

300-dən çox etirazçı saxlanıb

Belarusda Alyaksandr Lukaşenkanın idarəçiliyinə qarşı çıxan 300-dən çox etirazçı saxlanıb. Onların əsasən Minskdəki etirazlarda saxlandığı bildirilir. Ancaq Brest, Qrodno, Barauliani və digər şəhərlərdə də həbslər baş verib. Xəbəri “Vyasna” insan haqları qrupu yayıb.

Ölkədə nümayişlər artıq ikinci həftədir “Qonşuların Yürüşü” deviziylə keçirilir. Müxalifət etirazları mərkəzdən uzaqlaşdırmaq yolu seçib, bununla fəalların saxlanmasını çətinləşdirmək istəyir.

AzadlıqRadiosu-nun Belarus xidməti hüquq-mühafizə əməkdaşlarının nümayişçilərə qarşı gözyaşardıcı qazdan və səs qumbaralarından istifadə etdiyini xəbər verir.

9 avqust seçkisində Lukaşenkanın altıncı müddətə prezident seçildiyi elan olunandan sonra ölkəni etirazlar bürüyüb. Müxalifətin namizədi Svetlana Tixanovskaya seçkidən bir gün sonra ölkəni tərk edib, hazırda Litvada yaşayır. O, Twitter-də yazıb ki, hər həftə rejim etirazların azaldığını iddia edir və hər həftə də Belarus xalqını qorxutmağa və döyməyə qüvvələrini göndərir. Ancaq əhali yenə də Lukaşenka rejiminə dinc etirazlarını davam etdirir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG