Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Yanvar, şənbə, Bakı vaxtı 04:51

'Füzulidə 4 mülki şəxs minaya düşərək həlak olub'


Ərazilərin minalardan təmizlənməsi,.Füzuli, 19 noyabr 2020

Bu gün, noyabrın 28-i, saat 15:20-də Azərbaycanın 4 vətəndaşının işğaldan azad edilən Füzuli rayonunda həlak olub.

Bu barədə Azərbaycanın Baş Prokurorluğu məlumat yayıb:

“...Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndi ərazisində 90-BL-558 dövlət qeydiyyat nişanlı "Toyota" markalı avtomobillə hərəkətdə olarkən ilkin ehtimala görə tank əleyhinə minaya düşmələri nəticəsində həlak olublar.”

Baş Prokurorluğun məlumatına görə, dərhal prokurorluq əməkdaşları hadisə yerinə və meyitlərə baxış keçiriblər, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib:

“Faktla bağlı prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.”

Rəsmi məlumata görə, sentyabrın 27-dən- müharibə başlayandan indiyə qədər Azərbaycanda 100-ə yaxın mülki şəxs həlak olub, 400-ə yaxın adam isə müxtəlif dərəcəli xəsarət alıb.

Xatırlatma

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da ( 9-da) Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından yayılan atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Razılaşmaya uyğun olaraq Azərbaycan ordusu artıq noyabrın 20-də işğal altında olan Ağdam rayon mərkəzi və ətraf bir neçə kənddə, noyabrın 25-də isə Kəlbəcər rayonuna nəzarəti bərpa edib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Multimedia

XS
SM
MD
LG