Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:48

'Ağ qızıl' artıb, amma düyü...


Pambıq tədarükü, Qazaxıstan, arxiv foto
Pambıq tədarükü, Qazaxıstan, arxiv foto

Kənd Təsərrüfatı Nazirliyi məlumat verib ki, bu il pambığın orta məhsuldarlığı hektara 32,09 sentner təşkil edib, bu da Azərbaycanda rekord göstəricidir. Ötən il məhsuldarlığın 29,4 sentner olduğu açıqlanmışdı.

2019-cu ilin dekabrında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirədə kənd təsərrüfatı naziri İnam Kərimov bunları demişdi:

" Bu rəqəmlər bir daha sübut edir ki, torpaq sahələri düzgün seçildiyi, aqrotexniki tədbirlərə vaxtında və düzgün əməl olunduğu təqdirdə ölkədə orta hesabla hər hektardan 30 sentnerdən çox pambığın istehsalı üçün potensial imkan mövcuddur.”

Tədarük 8 faiz artıb

Pambıq
Pambıq

Kənd Təsərrüfatı Nazirliyindən verilən son məlumatlara görə, fermerlər 2020-ci il ərzində indiyə kimi ( pambıq yığımı tam başa çatmayıb ) 320,5 min ton pambıq təhvil veriblər.

Bu, 2019-cu ilin göstəricisindən artıq 8,6 faiz çoxdur, ötən il 295 min ton pambıq yığıldığı açıqlanmışdı.

12 qəpiyə pambıq yığan qadınlar: 'Yaşayış deyil'
Gözlə

No media source currently available

0:00 0:05:05 0:00

Rəsmilər pambıqçılığın inkişafını fermerlərə pul subsidiyalarının verilməsi, gübrə satışı və onların tarlalara çatdırılması ilə bağlı dövlət dəstəyi ilə də izah edirlər.

“...Pambığımız anbarlarda qalıb”

Vahid Məhərrəmov, arxiv foto
Vahid Məhərrəmov, arxiv foto

Lakin kənd təsərrüfatı sahəsində ekspert Vahid Məhərrəmov nazirliyin təqdim etdiyi məlumatları birtərəfli hesab edir.V.Məhərrəmovun Azadlıq radiosuna deməsinə görə, onlar kənd təsərrüfatındakı gerçək vəziyyəti əks etdirmir:

"Ümumi göstəricilərə görə, səmərəlilik uğurlu görünür. Ancaq sahəyə digər göstəricilərlə birlikdə kompleks şəkildə baxsaq, nəticə fərqli olacaq... Bu il Azərbaycan ötənilki pambığı satıb. 109,4 mln. dollarlıq xam və lif satıb. Bu 2019-cu illə müqayisədə azdır. O zaman 2018-ci ilin 116,3 mln. dollarlıq məhsulu satılmışdı. Bu, bizim məhsulun rəqabət qabiliyyətinin aşağı düşməsi deməkdir. Bizim ötənilki məhsuldan pambığımız anbarlarda qalıb. Dövlət anbarların tikintisi və istismarı, məhsulun saxlanması üçün əlavə vəsait xərcləməli olur"

Rəsmi rəqəmlər

Dövlət Statistika Komitəsi-nin məlumatına görə, 2020 - ci ilin ilk 10 ayının yekunları üzrə Azərbaycanda kənd təsərrüfatı istehsalının həcmi 7,48 mlrd. manat təşkil edib. Bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 1,6 faiz çoxdur. Yanvar-oktyabr aylarında heyvandarlıq məhsulları istehsalının həcmi 3,63 mlrd. manat (2019 – cu ilə müqayisədə artım 3 faiz), bitkiçilik məhsullarının istehsal həcmi 3,85 mlrd. manat (artım 0,2 faiz) təşkil edib. Noyabrın əvvəlində 2,931 mln. ton taxıl və dənli bitkilər toplanıb (ötən ildəkindən 9,8 faiz az). Həmçinin, 249,8 min ton qarğıdalı (artım 9,9 faiz) və 176,9 min ton şəkər çuğunduru (artım 2,1 faiz) toplanıb.

Rekord məhsul, yoxsa 'pripiska'?
Gözlə

No media source currently available

0:00 0:04:55 0:00

V.Məhərrəmov hesab edir ki, əkin və otlaq sahələrnin genişləndirilməsi hesabına pambıq istehsalının artırılması aqrar sektorun bəzi sahələrinə mənfi təsir göstərir.

"Əvvəllər düyü, taxıl, yem bitkilərinin becərilməsi üçün...”

“Pambıq istehsalına görə düyü və digər kənd təsərrüfatı sahələrində itkilər var”, -V. Məhərrəmov vurğulayıb.

O daha sonra da deyib:

“ Əvvəllər düyü, bostan, meyvə, taxıl, yem bitkilərinin becərilməsi üçün istifadə edilən torpaqlar pambıq üçün tətbiq edilir. Son 3 ildə ölkədə heyvan yeminin istehsalı 500 min ton azalıb. Ölkəyə hansı yüksək məhsuldar heyvan növünün gətirilməsinə baxmayaraq, mal-qara pis qidalanırsa məhsullarını da az verir. Pambıqçılıqla məşğulluq arpa, buğda, fındıq, barama, ət, heyvan yağı, süd istehsalının azalmasına və müvafiq olaraq bu məhsulların Azərbaycanda bahalaşmasına gətirib çıxarıb.”

“Taxıl idxalından asılılıq qalır”

Taxıl biçini, arxiv foro
Taxıl biçini, arxiv foro

Onun deməsinə görə, meyvə və tərəvəz istehsalında əhəmiyyətli geriləmə müşahidə olunur:

“2020-ci ilin yanvar-oktyabr aylarında fındıq məhsulları ötən ilin analoji dövrü ilə müqayisədə 23,4 faiz azalıb. Alma üzrə azalma 27 faiz, xurmada 24,7 faizdir. Ötən il ölkəyə 1 mln. 584 min ton taxıl idxal edilib, bu da çörəyə tələbatın 70 faizini təşkil edir. Yəni, taxıl idxalından asılılıq qalır. Amma Kənd Təsərrüfatı Nazirliyi bildirir ki, 2019-cu ildə 3,5 mln. ton taxıl yığılıb. Bir neçə il bundan öncə biz 2,5 mln. tona yaxın taxıl istehsal edirdik və yenə də təxminən 1,5 mln. ton, hətta ondan da az idxal edirdik.”
Ekspert sual edir:

“ Necə olur ki, istehsal 1 mln. ton artdığında əvvəlki həcmdə idxalı davam etdiririk? Deməli, disbalans ona görə yaranır ki, bu rəqəmlər tərəzinin göstəricilərinə görə təqdim edilmir...”

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG