Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:17

Paşinyan sülhün qorunmasından danışır


Nikol Paşinyan
Nikol Paşinyan

O, Zod qızıl yatağı ətrafındakı situasiyaya toxunub, sərhədin GPS sistemləri vasitəsilə delimitasiya olunduğunu deyib

Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 27-də xalqa müraciətində 9 noyabr atəşkəs razılaşmasının icrasının vacibliyini vurğulayıb, bunu sülhün təminatı adlandırıb.

Paşinyan adını çəkmədiyi müəyyən dairələri qorxu mühitini qızışdırmaqda suçlayıb, hazırda Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası ilə əlaqədar bunun qabarıq göründüyünü vurğulayıb.

O, Zod qızıl yatağı ətrafındakı situasiyaya toxunub, sərhədin GPS sistemləri vasitəsilə delimitasiya olunduğunu deyib.

İstefa məsələsinə toxunmayıb

Noyabrın 26-da Azərbaycan hərbçilərinin Zod yatağına girməsi haqda informasiya yayılsa da, sonradan Ermənistanın Müdafiə Nazirliyi bunu təkzib edib. Hazırda Ermənistan-Azərbaycan sərhədində demarkasiya işlərinin aparıldığı bildirilir. Ancaq bu haqda yalnız Ermənistan mənbələrindən məlumatlar gəlir, Azərbaycan tərəfdən heç bir rəsmi informasiya verilmir.

Baş nazir əhalini ruh düşkünlüyünə qapılmamağa, rəsmi informasiyaya inanmağa səsləyib.

Paşinyan deyir ki, müharibə günlərində rəsmi orqanlar ictimaiyyətə heç yalan danışmayıblar, sadəcə, xəbərləri elə təqdim ediblər ki, döyüşən ordunun ruh yüksəkliyinə təsir göstərməsin. Onun fikrincə, ordu bir çox hallarda qəhrəmanlıq göstərib.

Paşinyan müxalifətin onun istefasıyla bağlı çağırışlarına toxunmayıb, hökumətin görəcəyi işlərdən, ölənlərin meyitlərinin qaytarılması, əsirlərin dəyişdirilməsindən danışıb.

Şuşaya necə getmək olar? Turizm Agentliyinin planları
Gözlə

No media source currently available

0:00 0:06:06 0:00

Xatırlatma

Sentyabrın 27-dən noyabrın 9-dək Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər gedib. Azərbaycan 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad etdiyini açıqlayıb.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, münaqişə tərəfləri hazırda tutduqları mövqelərdə qalırlar. Adam rayonu noyabrın 20-də, Kəlbəcər isə noyabrın 25-də Azərbaycana qaytarılıb. Dekabrın 1-dək Laçın rayonunun da Azərbaycana təhvil verilməsi nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG