Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:12

Bayram bitir, yoluxmalar artacaqmı


ABŞ-da Şükranlıq bayramı
ABŞ-da Şükranlıq bayramı

Bu arada AstraZeneca şirkəti COVID-19 vaksininin daha az dozayla səmərəsini dəyərləndirmək üçün əlavə qlobal sınaq keçirəcəyini deyib

Noyabrın 26-da amerikalılar Şükranlıq bayramını məhdud da olsa qeyd ediblər. Ölkədə koronavirusa yoluxmalar və ölüm hallarında rekord rəqəmlər qeydə alınmağına baxmayaraq, milyonlarla insan səyahətə çıxmamaq, ailə, dostlarla bir araya gəlməməklə bağlı tövsiyələri qulaq ardına vurublar.

Ölkənin yoluxucu xəstəliklər üzrə aparıcı mütəxəssisi Entonu Fauçi həftənin əvvəlində xəbərdarlıq edirdi ki, Miladdan qabağa düşən bu böyük bayram yoluxmalarda sıçrayışa səbəb olar.

Avropa

Dünyada 61 milyondan çox insanın koronavirusa yoluxduğu təsdiqlənib, 1.5 milyona yaxın xəstə vəfat edib. Birləşmiş Ştatlarda isə yoluxmalar sürətlə 13 milyona yaxınlaşır, ölü sayı 264 minə yaxındır.

Avropada da yoluxmalar, ölüm halları göstəriciləri yuxarıdır, ancaq son həftələrin karantinləri və digər məhdudiyyətlər bəzi ölkələrdə azalmalara səbəb olub.

Şotlandiyanın Birinci naziri Nikola Stöcen deyib ki, dekabrın 23-dən 27-dək Milada görə qadağaları yumşaldılacaq, sakinlər dostları və ailələri ilə görüşmək üçün Britaniya boyunca səyahət edə biləcəklər.

Almaniya qadağaları azı dekabrın 20-dək qüvvədə saxlayacaq. Fransa isə həftəsonundan karantini tədricən yumşaltmağı planlaşdırır.

'Ürəyi sıxıldığı üçün' evdən çıxan koronavirus xəstələri. Onlar cəzalanırmı?
Gözlə

No media source currently available

0:00 0:05:08 0:00

Rusiyada rekord yoluxma

Avropadan fərqli olaraq Rusiya yoluxma və ölüm hallarında rekord qeydə alınmasına baxmayaraq karantinə getməyəcəyini deyir.

Noyabrın 27-də açıqlanmış məlumata görə, Rusiyada 27 min 543 yoluxma aşkarlanıb. Bu, epidemiya dövründə rekord gündəlik yoluxmadır. Son bir sutkada xəstəlikdən 496 nəfərin vəfat etdiyi bildirilir.

Ən çox yoluxma Moskvada qeydə alınıb – 7 min 918 nəfər. Sonrakı yerləri Sankt Peterburq (3687), Moskva vilayəti (1058) tutur.

İndiyədək Rusiyada 2.2 milyon nəfərin koronavirusa yoluxduğu təsdiqlənib, 38 min 558 nəfər vəfat edib.

AstraZeneca daha bir sınaq aparacaq

Bu arada AstraZeneca şirkəti COVID-19 vaksininin daha az dozayla səmərəsini dəyərləndirmək üçün əlavə qlobal sınaq keçirəcəyini deyib. Vaksinin son mərhələ sınaqları ilə bağlı suallar yaranmışdı.

Şirkətin baş icraçı direktoru Paskal Soriot noyabrın 26-da “Bloomberg News”a deyib ki, şirkət tam dozadan daha yaxşı göstərici ortaya qoymuş kiçik dozanı ayrıca dəyərləndirəcək.

Bu arada bəzi ekspertlərin fikrincə, proses vaksinin daha tez təsdiqlənməsini yubada bilər.

Noyabrın 23-də ilkin sınaq nəticələri açıqlanıb. Bəlli olub ki, tam doza vurulandan azı bir ay sonra yarım doza tətbiq olunanda vaksin COVID-19-a qarşı 90 faiz effekt göstərib.

XS
SM
MD
LG