Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Yanvar, şənbə, Bakı vaxtı 07:46

Qazaxıstanda partiya seçkini boykot edir


OSDP-nin forumu, 27 noyabr, 2020-ci il

Qazaxıstan Ümummilli Sosial Demokratik Partiyası (OSDP) yanvara planlaşdırılan parlament seçkisini boykot edəcəyini deyir. Bu partiya müxalifəti təmsil etdiyini deyir.

Partiya lideri Asxat Raximjanov deyib ki, OSDP 10 yanvar seçkisinə qatılmayacaq, ölkənin siyasi səhnəsində “eyni” siyasi elita dominantlıq edir.

“Eyni qaydalar, eyni siyasi partiyalar”, - deyən Raximjanov detalları açıqlamayıb.

Hökumət qeydiyyatdan keçmiş altı siyasi partiyanın seçkiyə gedəcəyini deyirdi. Onlar hakim Nur Otan, dörd hökumətyönlü partiya və OSDP idi.

Bu, Prezident Qasım-Jomart Toqayev hakimiyyətə gələndən ilk parlament seçkisidir. Ölkəni 30 ilə yaxın idarə etmiş Nursultan Nazarbayev ötən ilin martında istefa verib.

Ancaq Nazarbayev hələ ölkədə aparıcı vəzifələri tutur, elbaşı kimi məhdudiyyətsiz səlahiyyəti var.

107 yerlik Məclisdə hazırda 84 deputatla Nur Otan üstünlük təşkil edir.

XS
SM
MD
LG