Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:12

Bir günə 2 min 400-dən çox ölüm


Denver aeroportu
Denver aeroportu

26 noyabr Şükranlıq bayramı Birləşmiş Ştatlarda koronavirus qadağaları ilə bir arada keçirilir

Birləşmiş Ştatlarda 24 saat ərzində COVID-19-dan 2 min 400-dən çox ölüm halı qeydə alınıb. Bu, son altı ay ərzində pandemiyadan bir günə ən yüksək gündəlik ölüm göstəricisidir.

26 noyabr Şükranlıq bayramı Birləşmiş Ştatlarda koronavirus qadağaları ilə bir arada keçirilir.

“Həyat normala qayıdacaq”

Noyabrın 25-də açıqlanan 2 min 439 ölü sayı ümumi göstəricini 262 min 80-ə qaldırıb. Eyni zamanda 200 minədək yoluxma aşkarlanıb.

Həmin gün dünya üzrə yoluxma sayı 60 milyonu keçib, 1,4 milyon xəstə isə vəfat edib.

Səhiyyə rəsmiləri amerikalılara bayram şənliklərini məhdudlaşdırmağı, açıq havada yemək masası təşkil etməyi tövsiyə ediblər. Bu bayram daha çox yeməklə assosiasiya olunur və işsizliyin 7 faiz civarında olduğu ölkədə ərzaq bankları və pulsuz yeməkxanalarda növbə sırası uzanır.

Yeni prezident seçilmiş Co Bayden noyabrın 25-də xalqa müraciətində deyib ki, amerikalılar artıq pandemiyadan və qadağalardan “yorulublar”, ancaq üfüqdə vaksinin görünməsi ümid verir.

“Həyatınıza geri dönəcəksiz. Həyat normala qayıdacaq. Bu baş verəcək. Bu, həmişəlik çəkməyəcək”, – o deyib.

Avropa

Almaniya Kansleri Angela Merkel noyabrın 25-də 16 federal vilayət liderləri ilə koronavirus qadağalarını azından dekabrın 20-dək uzatmağa razılaşıb.

“Hər şeyin təmizləndiyini elan etməyin qəti vaxtı deyil”, – Merkel deyib. Bu arada ölkədə virusdan gündəlik ölü sayı rekord həddə çatıb.

Qadağaların Milad bayramı ərəfəsində yüngülləşdiriləcəyi, sonra yenidən uzadılacağı gözlənir.

Almaniya yanvarın 10-dək xizək yamaclarını bağlamaqla bağlı avropalı tərəfdaşları ilə razılaşma əldə etməyi planlaşdırır. Ölkədə gündəlik yoluxma halları 18 mini keçib. Ölü sayı isə 410 nəfər artaraq 14 min 771-ə çatıb. Noyabrın 2-də koronavirusdan 49 nəfər vəfat etmişdi.

Cənubi Koreyada noyabrın 25-də son 24 saat ərzində 583 yeni yoluxma aşkarlanıb. Martın 6-dan bəri yoluxma halları ilk dəfədir 500-ü keçir. Hökumət paytaxt Seulda və ətraf regionlarda sərt sosial məsafə qaydaları tətbiq edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG