Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Yanvar, şənbə, Bakı vaxtı 16:22

Əfqanıstanda qoşa partlayışda 14 nəfər həlak olub


Bamiyanda partlayışdan sonra

Əfqanıstanın mərkəzindəki Bamiyan vilayətində qoşa partlayış törədilib, azı 14 nəfər həlak olub, 45 nəfər yaralanıb.

Partlayışlara görə məsuliyyəti üzərinə götürən olmayıb. Taliban silahlı qruplaşması partlayışda rolu olmadığını bildirib.

Bu vilayətdə şiə hazar etnik icmasının xeyli üzvü yaşayır.

Daxili İşlər Nazirliyi insidentin araşdırıldığını bildirib.

2001-ci ildə Taliban Bamiyanda nəhəng Budda heykəllərini partlatmışdı. Əfqanıstanda illərdir müharibə getməsinə baxmayaraq bu vilayətdə nisbətən sakitlik olub.

Noyabrın 24-də Cenevrədə keçirilən konfransda onlarla ölkə Əfqanıstana yardım kimi milyardlarla dollar ayırmağa boyun olublar.

XS
SM
MD
LG