Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 03:30

Bayden dövlət katibi kimi onu görmək istəyir


Entoni Blinken
Entoni Blinken

Hazırda səhm bazarları maliyyə naziri postuna kimin təyin ediləcəyini izləyirlər. Bu vəzifəyə Federal Ehtiyat Sisteminin (FED) keçmiş sədri Canet Yellenin adı hallanır

ABŞ Prezidenti seçilmiş Co Bayden çoxdankı müşaviri və veteran diplomat Entoni Blinkeni dövlət katibi görmək istəyir. Bu haqda ABŞ-ın çoxsaylı media orqanları noyabrın 22-də məlumat yayıb.

Namizədliyi verilərsə və Senat tərəfindən təsdiqlənərsə, Blinken Amerika diplomatiyası və qlobal ictimaiyyətlə əməkdaşlığı yeniləməli olacaq. Prezident Donald Trampın dörd ildir yürütdüyü “Amerika Öncə” siyasəti beynəlxalq qurumlara sayğısızlıq, müttəfiqləri və rəqibləri ilə toqquşmalarla yadda qalıb.

Milli təhlükəsizlik müşaviri isə...

Baydenin noyabrın 24-də kabinetə ilk təyinatları edəcəyi gözlənir. Keçmiş Dövlət katibi Hillari Klintonun müttəfiqi Ceyk Salivanın Baydenin milli təhlükəsizlik müşaviri postuna namizəd göstəriləcəyi gözlənir.

Trampın seçkinin nəticəsini qəbul etməməsinə, məhkəmə iddiaları qaldırmasına baxmayaraq, Bayden öz administrasiyasının əsasını qoymaqdadır. Keçmiş vitse-prezident yanvarın 20-də andiçmə mərasimi ilə vəzifəsinin icrasını başlayacağını deyir.

Hazırda ölkə pandemiya və iqtisadi böhran içindədir, beynəlxalq səhnədə də bir sıra məsələlərlə üz-üzədir.

Baydenin iş başına keçən kimi Paris iqlim sazişlərinə, eləcə də Dünya Səhiyyə Təşkilatına (DST) qayıdacağı gözlənir.

Blinken ABŞ diplomatiyasının başına keçərək İranla gərginliyi azaldacağı, müttəfiqlərlə ziyan dəymiş münasibətləri bərpa edəcəyi gözlənir.

O, vaxtilə vitse-prezident Baydenin milli təhlükəsizlik müşaviri, daha sonra Prezident Barak Obama dövründə milli təhlükəsizlik müşavirinin müavini, sonradan isə Dövlət Departamentində ikinci şəxs olub.


Maliyyə naziri kim olacaq

Ağ ev administrasiyasının yeni seçilmiş rəhbəri Ron Kleyn noyabrın 22-də deyib ki, Bayden artıq noyabrın 24-də kabinetində ilk təyinatları açıqlayacaq. Ancaq o, detallı danışmayıb.

Hazırda səhm bazarları maliyyə naziri postuna kimin təyin ediləcəyini izləyirlər. Bu vəzifəyə Federal Ehtiyat Sisteminin (FED) keçmiş sədri Canet Yellenin adı hallanır.

Kleyn ABC televiziyasının “This Week” proqramına müsahibəsində Tramp administrasiyasını Ümumi Xidmətlər Administrasiyasının (GSA) Baydenini qələbəsini tanımasını əngəlləməməyə çağırıb.

Bu qurum Baydenin qələbəsini tanımaqla resurslara və informasiyaya çıxışı açmalı, 20 yanvar andiçməsinə qədər hakimiyyətin rahat keçidini təmin etməlidir.

Prosesin ləngiməsi isə yeni administrasiyanın işə başlamasına problem yarada, bu da öz növbəsində ölkənin koronavirus pandemiyasına reaksiyasına, milli təhlükəsizliyə hədələrə təsir göstərə bilər.

“Rekord sayda amerikalı Trampın prezidentliyini rədd elədi, o vaxtdan Donald Tramp demokratiyanı rədd edir”, – Kleyn deyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG