Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:30

Gürcüstanda parlament seçkilərinin ikinici turu başlayıb


Gürcüstan, seçki, 21 noyabr 2020

Azadlıq radiosunun gürcü xidməti bildirir ki, müxalifət seçkilərin ikinci turunu baykot etsə də, namizədlərin adı səsvermə siyahısındadır. Qanunvericilik namizədlərin ikinci turdan geri çəkilməsini nəzərdə tutmadığından vətəndaşlar hələ də onlara səs verə bilərlər.
Seçkilərin Gürcüstanın 17 majoritar dairəsində keçirilir.

Gürcüstanda parlament seçkilərinin birinci turu oktyabrın 31-də keçirilib. Hakim “Gürcü Arzusu” səslərin 48, onun əsas rəqibi, keçmiş prezident Mixeil Saakaşvilinin “Birləşmiş Milli Hərəkat” bloku səslərin 27 faizini qazanıb.

Digər 7 partiya 4, 3, 1 faiz səs yığa bilib. Müxalifət seçkilərin saxtalaşdırılıdığını bildirərək ilkin nəticələri tanımayıb, seçkiləri boykot etdiyini bəyan edib və yenidən seçki keçirilməsini tələb edib. Bu səbəblə bir neçə dəfə aksiyalar da keçirib.

XS
SM
MD
LG