Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:22

Avropa Birliyi atəşkəsi alqışlayır


Kəlbəcər yaxınlığında Rusiya hərbçiləri, 18 noyabr, 2020-ci il
Kəlbəcər yaxınlığında Rusiya hərbçiləri, 18 noyabr, 2020-ci il

AB bütün regional oyunçuları atəşkəsə təhlükə yarada biləcək hərəkətlər və ritorikadan çəkinməyə çağırır

Avropa Birliyi (AB) Dağlıq Qarabağda və ətrafında əməliyyatların dayandırılmasını, Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında atəşkəsin əldə olunmasını alqışlayır. Qurum tərəfləri atəşkəsə ciddi əməl etməyə və itkilərin qarşısını almağa çağırır.

AB bütün regional oyunçuları atəşkəsə təhlükə yarada biləcək hərəkətlər və ritorikadan çəkinməyə çağırır. Birlik əcnəbi döyüşçülərin regiondan tamamilə və dərhal çəkilməsini vacib sayır. Əməliyyatlar zamanı tərəflər bir-birini muzdlu döyüşçülərdən istifadə etməkdə suçlayıblar.

Ağdamlılar noyabrın 20-ni gözləyir
Gözlə

No media source currently available

0:00 0:03:49 0:00

Atəşkəsə nəzarət mexanizmi də izlənəcək

Qurum bildirir ki, atəşkəs müddəalarının icrasını diqqətlə izləyəcək, özəlliklə ona nəzarət mexanizmini.

“Əməliyyatların dayandırılması çoxdan davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoymaq yolunda ilk addımdır. AB hesab edir ki, münaqişənin, eləcə də Dağlıq Qarabağın statusunun danışıqlar yoluyla, hərtərəfli və davamlı həlli cəhdləri yenilənməlidir. Bu səbəbdən AB ATƏT-in Minsk qrupuna tam dəstəyini ifadə edir…” – bəyanatda vurğulanır.

AB münaqişələrin həllində gücdən, özəlliklə klastr sursatlarından istifadəyə tamamilə qarşı olduğunu bəyan edir. Qurum tərəfləri beynəlxalq humanitar qanuna sayqı ilə yanaşmağa, əsirlərin və meyitlərin mübadiləsi üzrə razılaşmalara əməl etməyə çağırır.

Bəyanatda həmçinin məcburi köçkün əhalinin Dağlıq Qarabağa və ətraf regionlara könüllü, təhlükəsiz və davamlı qayıdışı üçün ən yaxşı şərtlərin təmin edilməsinin vacibliyi vurğulanır. Regionda mədəni və dini iris qorumağın və bərpa etməyin əhəmiyyətindən söz açılır. “Törədildiyi bildirilən istənilən hərbi cinayət araşdırılmalıdır”, – bəyanatda deyilir.

Xatırlatma

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlər başlayıb. Azərbaycan noyabrın 9-da döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad etdiyini açıqlayıb.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya başçılarının adından yayılmış atəşkəs bəyanatına görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Azərbaycan tərəf Dağlıq Qarabağın statusu məsələsinin artıq gündəmdə olmadığını detyir, Ermənistan rəhbərliyi məsələylə bağlı yeni bəyanatlar səsləndirir. Elə Rusiya Prezidenti Vladimir Putin də bu günlərdə “Rossiya 24” telekanalına müsahibəsində deyirdi ki, Qarabağın yekun statusu tənzimlənməyib: “Biz razılığa gəlmişik ki, bugün üçün status-kvonu, mövcud vəziyyəti saxlayırıq. Sonrası nə olacaq – bunu gələcəkdə gələcək rəhbərlər, prosesin gələcək iştirakçıları həll edəcəklər”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG