Keçid linkləri

Təcili xəbərlər
2020, 03 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:08

Facebook kontent işçilərini ofisdən işlətməkdə suçlanır


İllüstrativ foto

Noyabrın 18-də yayılmış petisiyada iddia olunur ki, Facebook gəlir götürmək üçün həyatları “gərəksiz olaraq riskə atır”

Facebook sosial şəbəkəsinin dünya üzrə 200-dən artıq kontent moderatoru şirkəti pandemiya dövründə onları ofisə çağırmaqda ittiham edir, daha yaxşı səhiyyə və təhlükəsizlik qoruması tələb ediblər.

Noyabrın 18-də yayılmış petisiyada iddia olunur ki, Facebook gəlir götürmək üçün həyatları “gərəksiz olaraq riskə atır”. Şirkəti daha yaxşı şərtləri təmin etməyə, yaxud işçilərin evdən işi davam etdirməsinə icazə verməyə səsləyirlər.

Facebook avqustda bildirirdi ki, işçilərin 2021-ci ilin yayına qədər evdən işləməsinə icazə veriləcək. Sosial media nəhənginin minlərlə müqaviləli işçisi spəm, uşaqlardan sui-istifadə və dezinformasiyanı aşkarlamaqla məşğuldur.

Süni intellekt problemli kontenti aşkarlaya bilməyib

“Kontent moderatorları bir neçə ay ərzində evdən işləyib, Facebook-u nifrət və dezinformasiyadan təmizləmək üçün təzyiq altında olublar, indi isə sizi ofisdən işləməyə məcbur edirlər”, – Britaniyada mənzillənən “Foxglove” şirkətinin yaydığı açıq məktubda deyilir.

Məktubda Facebook-a çağırış olunur ki, mümkün qədər məsafədən işləməyə imkan verməklə “moderatorlar və onların ailələrinin təhlükəsizliyi təmin olunsun”, ofisə gələnlərə “riskə görə ödəniş” olunsun.

Facebook dünya üzrə 15 min kontent rəyçisinin “əksəriyyət”inin evdən işlədiyini bildirib.

“Kontent rəyçilərinin gördüyü dəyərli işi qiymətləndirir, onların səhhəti və təhlükəsizliyinə önəm veririk”, – Facebook sözçüsü bildirib.

Müqavilə ilə çalışanlar isə deyirlər ki, problemli kontenti süni intellekt (Sİ) vasitəsilə aşkarlamaq cəhdləri alınmayandan sonra onları ofisə çağırmağa başlayıblar.

“Sİ bu işi görə bilmədi, riskli kontent yerində qalırdı”, – məktubda deyilir.

“Biz Facebook-a lazımıq. Bunu dərk edib işimizi qiymətləndirməyin vaxtı çatıb. Gəlirə görə sağlamlıq və təhlükəsizliyi qurban vermək mənəviyyatdan kənardır”, – onlar bildirirlər.

Şərhlər

XS
SM
MD
LG