Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:05

Pentaqon İraqda və Əfqanıstanda hərbçi sayını rəsmən azaldır


Helmand vilayətində evini tərk edənlər

Müdafiə Nazirinin vəzifəsini icra edən Kristofer Miller noyabrın 17-də bildirib ki, Əfqanıstandakı hərbçi sayı 4 min 500-dən 2 min 500-ə salınacaq, İraqda isə 500 nəfər azaldılaraq 2 min 500 olacaq

Yanvarın 15-dək Birləşmiş Ştatlar Əfqanıstanda hərbçi sayını ciddi şəkildə azaldacaq. Həmin tarixdən 5 gün sonra isə hakimiyyətdə Donald Trampı Demokrat partiyasından Co Bayden əvəzləyəcək. Bu addımın Baydenin əl-qolunu bağlayacağı bildirilir.

Müdafiə Nazirinin vəzifəsini icra edən Kristofer Miller noyabrın 17-də bildirib ki, Əfqanıstandakı hərbçi sayı 4 min 500-dən 2 min 500-ə salınacaq, İraqda isə 500 nəfər azaldılaraq 2 min 500 olacaq.

“Bu iki ölkədə qüvvələrimizin yerdəyişməsi ilə bağlı Prezident Tramp-ın göstərişlərini icra edəcəyimizi rəsmən elan edirəm”, – Miller deyib.

Baydenin keçid komandası açıqlamanı şərh etməyib. Ancaq yeni prezident seçilmiş Bayden deyir ki, onun komandası Tramp administrasiyasından milli təhlükəsizlik bağlı məlumatlar almır.

Bu arada Əfqanıstanda zorakılıq halları artır. Noyabrın 17-də İraqın paytaxtı Bağdadda qorunan Yaşıl Zonaya dörd raket atılıb. Bu zonada hökumət binaları və xarici missiyalar yerləşir.

Bu həftədən müdafiə nazirinin vəzifəsini icra etməyə başlamış Miller deyib ki, ordu komandirləri, Konqres üzvləri, NATO-nun Baş katibi Jens Stoltenberq və Əfqanıstan Prezidenti Əşrəf Qani ilə bu addımı müzakirə edib.

Stoltenberq xəbərdarlıq edib ki, hərbi blok Əfqanıstandan sürətlə və koordinasiya olunmamış şəkildə çıxmağın bədəlini ödəyə bilər. Elə Trampın Konqresdəki respublikaçı müttəfiqləri də hərbçi sayının qəfil azaldılmasından narahatlıq bildiriblər.

Şərhlər

XS
SM
MD
LG