Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 02:15

Orduya dəstək yürüşünə görə həbsdə qalanlarla bağlı vəsatət verilib


Orduya dəstək yürüşündən sonra həbs olunan AXCP-çilər.
Orduya dəstək yürüşündən sonra həbs olunan AXCP-çilər.

İyulun 14-dən 15-nə keçən gecə Bakıda keçirilən orduya dəstək yürüşündən sonra həbs olunanlardan 21 nəfər, o cümlədən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 12 fəalı noyabrın 17-də axşam saat 16.00 radələrində həbsdən buraxılıb. Cəbhəçilər səhər saatlarından Bakı İstintaq Təcridxanasının qarşısında partiya yoldaşlarını gözləsələr də, onları təcridxanadan buraxmayıblar.

Həbsdən buraxılan AXCP fəallarının AzadlıqRadiosuna bildirdiyinə görə, onları təcridxana əməkdaşları maşınlara mindirib, bir qədər aparandan sonra yolda hissə-hissə düşürüblər.

"Hökumət müəyyən qədər səhvlərini düzəltmək istəyir"

Həbsdən çıxan AXCP Rəyasət Heyətinin üzvlərindən Qarabağ əlili Asif Yusifli AzadlıqRadiosuna təqsirsiz olduğunu deyib: "O yürüşdə iştirak etməklə ancaq ordumuza dəstəyimizi ifadə etmişdik. Şəhidlərimizə rəhmət diləyib, Qarabağa azadlıq istəmişdik. Amma nəticədə şərləndik, həbs olunduq. Belə başa düşürəm ki, hökumət müəyyən qədər səhvlərini düzəltmək istəyir. Hələlik, ev dustaqlığına buraxıldıq. Ümid edək ki, bundan sonra cinayət işinə xitam verilməsi istiqamətində də addımlar atılacaq".

AXCP Rəyasət Heyətinin digər üzvü Ayaz Məhərrəmli onların həbsinin də, ev dustaqlığına buraxılmasının da siyasi qərar olduğunu vurğulayıb.

Orduya dəstək yürüşündə baş verənlərlə bağlı cinayət işi üzrə ümumilikdə 36 nəfər həbs olunub ki, onların da 15-i hələ həbsdədir. Onlardan üçü AXCP funksionerləridir – Elnur Həsənov, Ramid NağıyevGündüz Mirzəyev. AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, prokurorluq noyabrın 17-də bu iş üzrə həbsdə qalan digər şəxslərin də ev dustaqlığına buraxılması üçün Səbail rayon Məhkəməsinə vəsatət verib. Vəsatətə noyabrın 18-də baxılması gözlənilir.

Xatırlatma

Bu il iyulun 12-dən 14-dək Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşmalarda hər iki tərəf itki verib. İyulun 14-də Bakda orduya dəstək yürüşü keçirilib və orada olaylar yaşanıb.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında yürüş zamanı polis əməkdaşlarına xəsarət yetirildiyi, xidməti avtomobillərin aşırıldığı, Milli Məclisə ziyan dəydiyi qeyd olunub.

Bu cinayət işi üzrə həbs olunanlara özgə əmlakına ziyan vurma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə, ictimai asayişin pozulması ittihamları irəli sürülüb. AXCP-nin iki aparıcı üzvü– M.İbrahim və F.Qəhrəmanlıya isə bunlardan əlavə həm də hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı verilib. İstintaqın sonunda hakimiyyəti zorla ələ keçirmə ittihamı hər ikisindən götürülüb. Əvəzində təqsirləndirilən şəxslərin hamısına CM-in 127-ci (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddəsi ilə yeni ittiham irəli sürülüb. Bu maddələrdə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG