Keçid linkləri

Təcili xəbərlər
2020, 02 Dekabr, çərşənbə, Bakı vaxtı 14:45

Əfqan Sadiqovun ailəsinin şikayəti var


Ə.Sadıqov

Bakı İstintaq Təcridxanası rəhbərliyinin azel.tv saytının həbsdə olan rəhbəri Əfqan Sadıqovun aclıq aksiyasını sənədləşdirməkdən imtina etdiyi bildirilir.

Bu barədə onun həyat yoldaşı Sevinc Sadıqova məlumat verib. Onun sözlərinə görə, Ə.Sadıqov 14 gündür aclıq edir. Xanımının əlavə etməsinə görə, amma Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov bildirib ki, Ə.Sadıqov aclıq etmir və tibb məntəqəsinə getmək istəmir.

"Əfqanın aclıq etməsi ilə bağlı noyabrın 4-də İstintaq Təcridxanasına verdiyi ərizəni gizlədiblər və sənədlərin arasına tikməyiblər. Əfqanı təcrid etmirlər, o, adi kameradadır. Təzyiqi 80/50-yə düşüb. Vəziyyəti pisdir, ona həkim nəzarəti yoxdur", - deyən həyat yoldaşı Penitensiar Xidmətin rəhbərliyindən şikayət edib.

Şikayətə, hələlik, Bakı İstintaq Təcridxanasının rəhbərliyindən münasibət almaq mümkün olmayıb. Amma Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov "Turan" agentliyinə bildirib ki, onların müəssisələrində aclıq edən məhbus yoxdur.

Ə.Sadıqov bu ilin mayında hədə yolu ilə pul tələb etmək ittihamı ilə həbs edilib. Noyabrın 3-də o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Noyabrın 4-dən hökmə etiraz əlaməti olaraq onun aclıq elan etdiyi söylənir.

Xatırlatma

Ə.Sadıqov bundan öncə, 2016-cı il noyabrın 22-də də həbs edilib. O, Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham olunaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Sonradan onun cəzası 1 il azaldılıb. O, daha sonra da buna qədər, bir neçə dəfə müxtəlif müddətlərdə inzibati qaydada həbs edilib.

Ə.Sadıqov bütün hallarda ittihamları qəbul etməyib və bunun jurnalist fəaliyyətinin məhdudlaşdırılmasına yönəldiyini bildirib.

Onu yerli hüquq müdafiəçiləri əvvəlki həbsi zamanı siyasi məhbus kimi tanımışdılar. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər sırf törətdikləri əmələ görə məsuliyyətə alınıblar.

Multimedia

XS
SM
MD
LG