Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Aprel, Cümə, Bakı vaxtı 09:43

Moldovada qərbpərəst namizəd seçkini udur


Maya Sandu

Sandunun səslərin 57, onun rusiyapərəst rəqibi, hazırkı prezident İqor Dodonun isə 43 faizini yığdığı, bülletenlərin 99 faizinin sayıldığı bildirilir

Dünya Bankının keçmiş iqtisadçısı, Avropa Birliyi ilə sıx əlaqələr tərəfdarı Maya Sandu Moldovada prezident seçkisinin ikinci turunun qalidir. Bunu noyabrın 16-da açıqlanmış ilkin nəticələrə əsasən demək olar.

Sandunun səslərin 57, onun rusiyapərəst rəqibi, hazırkı prezident İqor Dodonun isə 43 faizini yığdığı, bülletenlərin 99 faizinin sayıldığı bildirilir.

Sandunun tərəfdarları Hərəkət və Həmrəylik Partiyasının (PAS) qərargahında onun qələbəsini qeyd ediblər.

Noyabrın 15-də seçicilərin 52 faizindən çoxunun səsverməyə getdiyi bildirilir. Bu, birinci raunddakından (42.74 faiz) 10 faiz çoxdur.

Keçmiş sovet respublikası olan Moldovanın siyasi gələcəyi üçün yeni yol cığır açılır. Avropa Birliyinə yaxınlaşacağını, yaxud Moskvanın orbitinə düşəcəyini yaxın tarix göstərəcək.

XS
SM
MD
LG