Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:19

Belarusda mindən çox etirazçı saxlanıb


Minsk, 15 noyabr, 2020-ci il
Minsk, 15 noyabr, 2020-ci il

Polisin nümayişçilərə qarşı gözyaşardıcı qaz, odlu silah və əl bombası istifadə etdiyi iddia olunur

Noyabrın 15-də Belarusda keçirilən etirazlarda polisin mindən çox etirazçını saxladığı xəbər verilir. Nümayişə çıxanlar ölkəni idarə edən Alyaksandr Lukaşenkanın istefasını, yeni seçki keçirilməsini tələb edirlər.

Lukaşenka 9 avqust seçkisinin qalibi elan olunandan sonra ölkəni etirazlar bürüyüb. Müxalifət Svetlana Tixanovskayanın seçkini udduğunu iddia edir. O, seçkidən bir gün sonra Litvaya gedib və bunu özünə və ailəsinə təzyiqlərlə izah edib.

“Vyasna” insan haqları qrupunun bildirməsinə görə, həbslərin çoxu paytaxt Minskdə aparılıb, qara geyimli təhlükəsizlik qüvvələri etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Minsk, 15 noyabr, 2020-ci il
Minsk, 15 noyabr, 2020-ci il

Bir mağazada iki nəfərin maskalı təhlükəsizlik əməkdaşları tərəfindən döyüldüyü xəbər verilir.

Minskdə və digər şəhərlərdə saxlananlar içində azı 18 jurnalist də var. Onların dördü AzadAvropa/AzadlıqRadiosu-nun Belarus xidməti üçün çalışır.

***

Noyabrın 15-də Belarusda Alyaksandr Lukaşenkanın istefasını və yeni prezident seçkilərinin keçirilməsini tələb edən nümayişçilər saxlanıb.

AzadlıqRadiosunun Mərkəzi xəbər xidmətinin məlumatına görə paytaxt Minsk və digər şəhərlərdə 180 nümayişçinin saxlanıb.

Məlumata görə, ölkədə mobil internet məhdudlaşdırılıb, Minskin mərkəzində bir neçə metro stansiyası bağlanıb.

9 avqustda keçirilən prezident seçkilərində səslərin Lukaşenkanın lehinə saxtalaşdırıldığı və əslində əsas səsləri özünün qalib gəldiyini bildirən müxalifət lideri Svyatlana Tsikhanouskaya öz twitter hesabında yazıb ki, 15 noyabrda etirazçılara "gözyaşardıcı qaz, əl bombası və odlu silahla" basqın olub. O, beynəlxalq ictimaiyyəti nümayişçilərə dəstək olmağa çağırıb.

"Currenttime" layihəsinin xəbərinə görə 15 noyabrda müxalifət 3 gün öncə reanmiyasiyada vəfat edən 31 yaşlı Raman Bondarenkanın xatirəsini yad etmək məqsədi ilə dinc marş keçirəcəyini açıqlamışdı. Bondarenkanun noyabrın 11-də evinin qarşısında mülki geyimli naməlum şəxslər tərəfindən saxlanıldığı və onun polisə aparılmasından bir neçə saat sonra ağır durumda xəstəxanaya yerləşdirildiyi iddia olunur. Aldığı xəsarətlərdən sonra o ertəsi gün, noyabrın 12-də xəstəxanada keçindiyi bildirilir.

Belarusda aksiyalar avqustun 9-da ölkədə keçirilən prezident seçkilərindən sonra başlayıb. Seçkilərdə iştirak edən namizədlər və səs verən vətəndaşlar səsvermənin nəticələrinin saxtalaşdırlmasına etiraz olaraq küçələrə çıxıblar. Etirazçılar hesab edirlər ki, seçki indiki prezident Lukashenkanın xeyrinə saxtalaşdırııb. Aksiyaların ilk 3 günü etirazçılara qarşı OMON zorakı davranıb, minlərlə adam həbs olunub, işgəncələrə məruz qalıb. Toqquşmalarda ən azı 1 nəfərin öldüyü xəbər verilir. Lukashenkanın əsas rəqiblərindən biri təhlükəsizlik baxımdan ölkəni tərk edib.

Avropa İttifaqı ölkələrinin liderləri Belarusdakı prezident seçkisinin nəticələrini tanımadıqları ilə bağlı birgə bəyanatla çıxış ediblər. Bundan başqa Belarusa sanksiyalar tətbiq olunacağı açıqlanıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG