Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:23

DSX generalı ilə bağlı cinayət işi ayrılıb


Müsadirə olunan pullar dövlət büdcəsinə qayıdırmı?
Gözlə

No media source currently available

0:00 0:05:06 0:00

Müsadirə olunan pullar dövlət büdcəsinə qayıdırmı?

Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, general Əfqan Nağıyev və onunla birlikdə həbs olunan vəzifəli sərhədçilər barədə cinayət işi bir neçə yerə ayrılıb. AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, dörd nəfərin işi ayrılaraq Bakı Hərbi Məhkəməsinə göndərilib. Bunlar DSX-nın Sahil Mühafizəsinin polkovnikləri Nemət PənahovMüzəffər Namazovdur. Balıqçılıqla məşğul olan daha iki nəfər – Xalis QuliyevArif Abdullayev də onlarla birlikdə mühakimə olunacaq.

Məhkəmədən AzadlıqRadiosuna bildirilib ki, bu işə Elbəy Allahverdiyevin sədrlik etdiyi hakimlər kollegiyası baxacaq. Məhkəmənin hazırlıq iclası isə noyabrın 24-nə təyin edilib.

Bu iş üzrə həbs olunanlardan general Ə.Nağıyev barəsində həbs-qətimkan tədbiri sonradan dəyişdirildi, o, ev dustaqlığına buraxıldı. Ə.Nağıyev barəsində cinayət işinə də xitam verildiyi haqda məlumat yayılıb. Lakin Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə AzadlıqRadiosuna açıqlamasında bu barədə deyilənləri təkzib edib. O bildirib ki, bu cinayət işi üzrə təqsirləndirilən şəxslərin işləri hissə-hissə məhkəməyə göndərilir. General Ə.Nağıyevlə bağlı isə istintaq davam edir.

Xatırlatma

General Ə.Nağıyev və Sahil Mühafizə Xidmətinin vəzifəli şəxsləri bu ilin mayında Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanmışdılar. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 311.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülmüşdü.

Ə.Nağıyev təqsirləndirilən şəxs qismində tanınıb, barəsində həbs qərarı veriləndən sonra prezident İlham Əliyev onu DSX-nın rəis müavini vəzifəsindən azad etmişdi.

Sahil Mühafizə Xidmətinin vəzifəliləri Xəzərdə balıq ovu ilə məşğul olmaq üçün balıqçılardan rüşvət almaqla suçlanırlar. İddia olunur ki, toplanan vəsait hər ayın sonunda Ə.Nağıyevə çatdırılır, o da pulun bir hissəsini onların arasında bölürdü.

Ə.Nağıyev və digər təqsirləndirilən şəxslərin bu ittihamlara münasibəti məlum deyil.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG