Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:24

Baş prokuror seçki saxtakarlığı iddialarını araşdırmağa yol açır


Donald Tramp (sağda) və Uilyam Barr, arxiv fotosu
Donald Tramp (sağda) və Uilyam Barr, arxiv fotosu

Medianın yazmasına görə, Ədliyyə Departamentinin Seçki Cinayətləri Şöbəsinin müdiri daxili email vasitəsilə postundan istefa verdiyini bildirib

ABŞ-ın Baş prokuroru Uilyam Barr federal prokurorların seçki pozuntuları üzrə araşdırmaya başlamasına səlahiyyət verib. Ancaq Prezident Donald Trampın Demokrat partiyasının namizədi Co Baydenə saxtakarlıq nəticəsində uduzması iddialarını əsaslandıracaq dəlil yoxdur.

Medianın yazmasına görə, Ədliyyə Departamentinin Seçki Cinayətləri Şöbəsinin müdiri daxili email vasitəsilə postundan istefa verdiyini bildirib. O, Barrın 9 noyabr məktubundan sonra belə bir qərar verib.

Trampı dəstəkləyən Barrı tənqidçilər və Demokratlar vəzifə müddətində dəfələrlə ədliyyə sistemini siyasiləşdirməkdə ittiham ediblər.

Baydenin seçki qərargahı bəyan edib ki, Barr Trampın təsdiqlənməmiş saxtakarlıq iddialarını alovlandırır.

Məhkəmə iddiaları rədd edilir

“Prezident və vəkilləri hər gün bu iddiaları uğursuzluqla səsləndirirlər, məhkəmə iddialarını məhkəmələr bir-birinin ardınca lağa qoyurlar”, – Baydenin aparıcı müşaviri Bob Bauer deyib.

Tramp administrasiyası Ədliyyə Departamentinin saxtakarlıq iddialarını araşdırmağa çağırırdı. Prezidentin seçki qərargahı xeyli ştatda məhkəmə iddiaları qaldırıb. Miçiqan və Corciyada hakimlər iddiaları rədd edib. Ekspertlərin fikrincə, Trampın hüquqi cəhdləri seçkinin nəticəsinə güclü təsir göstərə bilməyəcək.

Federal prokurorlara məktubunda isə Barr qeyd edir ki, Ədliyyə Departamentinin əlində saxtakarlıq iddialarına dəlil olması vacib deyil.

Ancaq o, federal prokurorların belə istintaqlar başlatmasını əngəlləyən qadağaları ləğv edib. Adətən oxşar araşdırmalar ştatlar səviyyəsində aparılır.

“Seçkidə səsvermə başa çatdığından sizə səsvermə və səssayma pozuntuları iddialarını araşdırmaq səlahiyyəti verirəm”, – Barr məktubunda yazıb.

Tramp hələ də seçkidə məğlubiyyətini qəbul etməyib. ABŞ mediası isə seçkini Baydenin udduğunu xəbərləyib. Keçmiş prezident bir sıra həlledici ştatları udmaqla qələbəsini təmin edib.

Bayden komandasının fəaliyyətə başlaması yubanır

AzadAvropa/AzadlıqRadiosu xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın hüquqi addımları, məğlubiyyətini etiraf etməməsi federal agentliklərin prezident seçilmiş Co Baydenin keçid komandası ilə əməkdaşlığını əngəlləyir.

Az tanınan federal agentlik – Ümumi Xidmətlər Administrasiyası (GSA) Baydenin komandasının federal agentliklərə, rəsmilərlə kommunikasiyasına, rahat keçidin təminatı üçün nəzərdə tutulmuş büdcəyə çıxışını təmin etməlidir.

Bu keçidin ləngiməsi isə yeni administrasiyanın fəaliyyətə başlamasına təsir göstərə bilər. Baydenin komandası noyabrın 9-da bildirib ki, hakimiyyətin təmiz keçidinin başlaması üçün GSA Baydenin seçkidə qələbəsini tanımalıdır. Əks halda keçid komandası hüquqi addım ata bilər.

GSA-nın sözçüsü isə noyabrın 9-da bildirib ki, hələlik rəsmi təsdiq yoxdur. Agentlik bildirib ki, Tramp məğlubiyyətini etiraf etməyənə, yaxud Seçici Kollegiyası dekabrda rəsmi səsvermə keçirməyənədək hərəkətə keçməyə bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG