Keçid linkləri

Təcili xəbərlər
2020, 02 Dekabr, çərşənbə, Bakı vaxtı 14:31

Azərbaycanda yoluxmada rekord


Arxiv fot

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına

1 663 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan 859 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı noyabrın 8-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 16 nəfər də vəfat edib:

“İndiyədək ölkədə ümumilikdə 65 411 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 48 908 nəfər müalicə olunaraq sağalıb, 840 nəfər vəfat edib, aktiv xəstə sayı 15 663 nəfərdir”

Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 11 722, ötən müddət ərzində isə ümumilikdə 1 441 230 test aparılıb.

Rəsmi açıqlamalara görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Azərbaycanda koronavirusa ilk yoluxma halı bu il fevralın 28-də aşkarlanıb.O vaxtdan noyabrın 8-nə kimi heç vaxt ölkədə aşkarlanan yoluxma halı 1500-ə çatmayıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1 milyon 200 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

Şərhlər

Multimedia

XS
SM
MD
LG