Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:00

Kosovonun keçmiş prezidenti saxlanıb


Haşim Taçi

O, noyabrın 5-də mətbuat konfransında deyib ki, ittihamnamədən dolayı vədinə uyğun olaraq vəzifəsindən istefa verir

Kosovonun keçmiş prezidenti Haşim Taçi saxlanaraq Niderlandda təcridxanaya yerləşdirilib. O, həbsindən bir neçə saat öncə müharibə cinayətləri ittihamları ilə bağlı istefa vermişdi.

Parlamentin spikeri Vjosa Osmani prezidentin vəzifəsini icra etməyə başlayıb. O, videomüraciətində birliyə çağıraraq deyib ki, Kosovoya “güclü liderlik və vahid dövlət reaksiyası lazımdır”.

Kosovo Mütəxəssis Palatası və Xüsusi Prokurorluğu Haaqada yerləşir, Kosovo Azadlıq Ordusu üzvlərinə qarşı müharibə cinayətləri iddialarını araşdırır.

Kosovo qanunvericiliyi ilə işləyən qurum şahidlərin təhdidlərdən qorunması üçün Niderlandda yerləşir.

Kosovonun Serbiyada müstəqillik müharibəsi nəticəsində 10 mindən çox insan həlak olub. Onların çoxu Kosovodan etnik albanlar idi. 1600-dən çox şəxsdən xəbər yoxdur. NATO-nun Serbiyaya qarşı 78 günlük hava zərbələrindən sonra müharibə dayanıb.

Kosovo 2008-ci ildə müstəqilliyini elan edib. Onu Serbiya, onun Rusiya və Çin kimi müttəfiqlərindən başqa bir çox qərb ölkələri tanıyıb.

***

Kosovo Prezidenti Haşim Taçi hərbi və bəşəriyyət əleyhinə cinayətlərdə ittiham olunduğunu təsdiqləyib.

O, noyabrın 5-də mətbuat konfransında deyib ki, ittihamnamədən dolayı vədinə uyğun olaraq vəzifəsindən istefa verir.

Taci Kosovo Azadlıq Ordusunun (UCK) komandirlərindən olub. Bu etnik alban partizan qrupu 1998-99-cu illər müharibəsi vaxtı Belqrad qüvvələrinə qarşı vuruşub.

Xüsusi Prokurorluq Taci və digər şübhəliləri “100-ə yaxın qətlə” eləcə də “insanların məcburi yoxaçıxması, təqibi və işgəncə görməsinə” görə məsuliyyət daşıdığını bildirir.

Məlumatda deyilir ki, iddia olunan cinayətlərin Kosovo albanları, serb, roma və digər etniklərdən, siyasi opponentlərdən yüzlərlə qurbanı olub.

Taçi indiyədək hər hansı hərbi cinayətdə əli olmadığını bildirib.

Şərhlər

XS
SM
MD
LG