Keçid linkləri

Təcili xəbərlər
2020, 02 Dekabr, çərşənbə, Bakı vaxtı 14:49

Əfqanıstanda zorakılıq artır


Bu günlər Kabil Universitetinə hücumda 22 nəfər öldürülüb. Cəlalabadda buna etiraz toplantısı keçirilib, 3 noyabr, 2020-ci il

Bu ilin üçüncü rübündə əfqan qüvvələrinə və dinc sakinlərə zorakı hücumlar 50 faiz artıb.

ABŞ hökumətinin xüsusi qurumu noyabrın 5-də hesabat yayıb. Əfqanıstanın Bərpası üzrə Xüsusi Baş Müfəttişin (SIGAR) bildirməsinə görə, üçüncü rübdə öldürülmüş 2 min 561 nəfərin 876-ı dinc sakinlər olub. Bu, ikinci rübdəkindən 43 faiz çoxdur.

SIGAR bildirir ki, Taliban Əfqanıstanın hökumət və təhlükəsizlik qüvvələrinə zərbə vurmaq, onlara təzyiq göstərmək üçün zorakılıqdan istifadə edir.

Sözügedən müddətdə əfqan qüvvələrin 1111 quru əməliyyatı həyata keçirdiyi bildirilir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfədən də çoxdur.

Sentyabrın 12-dən Qətərdə hökumət təmsilçiləri ilə Taliban arasında danışıqlar başlanıb, ancaq çox az irəliləyiş əldə olunub.

Tərəflər indiyədək bir-birini zorakılığı qızışdırmaqda və dinc sakinləri öldürməkdə ittiham edib.

Şərhlər

XS
SM
MD
LG