Keçid linkləri

Təcili xəbərlər
2021, 15 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:14

Əfqan Sadıqova 7 il həbs kəsildi


Ə.Sadıqov

"Azel TV" saytının baş redaktoru Əfqan Sadıqova 7 il həbs cəzası kəsildi. Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu barədə hökm çıxarılıb.

Hökmdən öncə çıxış edən prokuror bildirib ki, Ə.Sadıqova qarşı CM-in 182-ci (hədə-qorxu ilə tələbetmə) maddəsi ilə irəli sürülən ittiham məhkəmədə təsdiqini tapıb. Dövlət ittihamçısı sayt rəhbərinin 8 il azadlıqdan məhrum edilməsini istəyib.

Prokurordan sonra məhkəmədə son sözünü deyən Ə.Sadıqov isə günahsız olduğunu, peşə fəaliyyətinə görə cəzalandırıldığını deyib.

Son sözdən bir neçə dəqiqə sonra hökm oxunub.

Ə.Sadıqov xeberfakt.az internet portalının baş redaktoru Sakit Muradovla birlikdə mühakimə olunurdu. S.Muradov isə istintaq və məhkəmə dövründə həbsdə deyildi. Onun barəsində polis nəzarətinə vermə-qətimkan tədbiri seçilmişdi. Məhkəmə də ona şərti cəza təyin edib.

İddiaya görə, onlar mediada rüsvayedici məlumatlar yaymaq hədəsi ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin vəzifəli şəxslərindən 15 min manat pul tələb ediblər. Qarşı tərəf onlara 10 min manat verərkən hər ikisi saxlanılıb.

Ə.Sadıqovun həbsindən sonra prokurorluq əməkdaşları onun evində axtarış aparıb, disklər, telefon və kompüter götürülüb.

Ə.Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova AzadlıqRadiosuna bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək.

Ə.Sadıqov bundan əvvəl də diffamasiyaya görə həbsdə olub.

XS
SM
MD
LG