Keçid linkləri

Təcili xəbərlər
2021, 03 Mart, çərşənbə, Bakı vaxtı 10:37

8 min COVID-19 xəstəsi evdə müalicə alıb


Koronaviruslu xəstə: 'Dərmana öz cibimdən 300 manat xərcləmişəm'
Gözlə

No media source currently available

0:00 0:03:07 0:00

Koronaviruslu xəstə: 'Dərmana öz cibimdən 300 manat xərcləmişəm'

COVID-19 ilə mübarizənin gücləndirilməsi üçün Səhiyyə Nazirliyinin nəzdində yaradılan "814" Çağrı Mərkəzi bu ilin avqust və sentyabr aylarının hər birində 1300-1400 müraciət qəbul edib. Oktyabr ayında isə artıq bu say 4000-ə qədər artıb.

Bunu COVID-19 ilə mübarizənin gücləndirilməsi üçün Səhiyyə Nazirliyi nəzdində yaradılmış İşçi qrupun üzvü Sevda Məmmədova bildirib: "Daxil olan müraciətlərin 90 faizi dəyərləndirilib Bakı şəhərinin 87 tibb müəssisəsini əhatə edən 39 sahə məntəqəsinə yönləndirilir. Bundan sonra sahə məntəqələri bu müraciətləri rəsmiləşdirib xəstələrin vəziyyətini dəyərləndirmək üçün sahə həkimlərinə yönləndirir. Sahə həkimi sorğu-sual əsnasında xəstənin vəziyyəti haqqında məlumat toplayıb COVID-19 testinin səyyar tibb xidməti tərəfindən keçirilib-keçirilməməsinə qərar verir".

Maska taxmayan, məsafə saxlamayan adam görəndə necə davranırsız?
Gözlə

No media source currently available

0:00 0:01:10 0:00

20%-ni uşaqlar təşkil edir

S.Məmmədovanın sözlərinə görə, müraciətlərin qalan 10 faizində, əsasən, ağır simptomlu, hərarəti 38°C-dən yüksək olan xəstələr olur, onlar dərhal Bakı şəhərinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə yönləndirilir.

Onun əlavə etməsinə görə, testi pozitiv çıxan simptomsuz və yüngül simptomlu evdə müalicə alan vətəndaşlar xüsusi vitamin kompleksi ilə təmin olunur: "Evdə olan COVID-19 xəstələri yalnız vitaminlər kompleksi vasitəsi ilə müalicə olunur, digər dərman və tibbi müdaxilə həyata keçirilmir. Həmçinin, ölkəmizdə evdə müalicə almış 8 mindən artıq COVID-19 xəstəsi vitamin kompleksi ilə təmin olunmuşdu".

Nazirliyin rəsmisi qeyd edib ki, uşaqlarda COVID-19 virusu aşkar edildikdə onlar dərhal sahə pediatrının nəzarəti altına götürülür. Onun sözlərinə görə, xəstəliyin gedişatına uyğun olaraq, onlar müşahidə altında tutulub, ağırlaşma halları baş verdikdə isə dərhal xəstəxanaya yerləşdirilir: "...Uşaqlar böyüklərlə müqayisədə COVID-19 xəstəliyini simptomsuz və yaxud olduqca yüngül simptomlarla keçirir. Ümumiyyətlə, uşaqlar ölkə üzrə koronavirusa yoluxan xəstələrin təxminən 20 faizini təşkil edir".

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1 milyon 200 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

Azərbaycanda isə indiyədək ümumilikdə 56 min 444 nəfərin koronavirus infeksiyasına yoluxduğu və onlardan 740 nəfərin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG