Keçid linkləri

Təcili xəbərlər
2021, 11 Aprel, bazar, Bakı vaxtı 16:54

Kabil Universitetində öldürülənlərin sayı 22-ni keçib


Kabil Universiteti, arxiv fotosu

Daxili İşlər Nazirliyinin sözçüsü Tariq Arian noyabrın 2-də üç silahlının universitetə hücum etdiyini, bundan sonra bir neçə saat atışma getdiyini bildirir. Hücum edənlər də qətlə yetirilib

İslam Dövləti (İD) silahlı qruplaşması Kabil Universitetində azı 22 nəfərin ölümünə səbəb olmuş hücuma görə məsuliyyəti üzərinə götürüb.

Daxili İşlər Nazirliyinin sözçüsü Tariq Arian noyabrın 2-də üç silahlının universitetə hücum etdiyini, bundan sonra bir neçə saat atışma getdiyini bildirir. Hücum edənlər də qətlə yetirilib.

Atışmada 22 nəfərin yaralandığı bildirilir.

***

Kabil Universitetinin şəhərciyinə hücumda 19 nəfər öldürülüb, 22 nəfər yaralanıb.

Hələlik, hücuma görə məsuliyyəti götürən olmayıb.

NATO-nun Əfqanıstan üzrə Aparıcı Mülki Təmsilçisi Stefano Pontekorvo hücumu pisləyib.

“Bu, son 10 gündə Kabildə təhsil ocaqlarına ikinci hücumdur. Əfqan uşaqlar və gənclər məktəbə təhlükəsiz getməlidirlər”, – bəyanatda deyilir.

***

Əfqanıstanın paytaxtındakı Kabil Universitetində noyabrın 2-də səhər tezdən atışma baş verib. Təhlükəsizlik qüvvələri şəhərciyi mühasirəyə alıb.

Daxili İşlər Nazirliyinin sözçüsü Tariq Arian atışmanın getdiyini təsdiqləsə də, xəsarət alanlar haqda informasiya yoxdur.

Talibanın sözçüsü Zabiullah Mücahid qruplaşmanın hücumda iştirakını təkzib edib.

Ali Təhsil Nazirliyinin sözçüsü Hamid Obaidi tələbələrin binadan çıxarılmaqda olduğunu, universitetin içindən atəş səsləri gəldiyini deyib.

Məlumatlara görə, hökumətin aparıcı rəsmiləri universitet binasında İran kitab yarmarkasının açılış mərasiminə qatılmalıydılar.

Ötən il universitet darvazası qarşısında bomba partladılmış, 8 nəfər öldürülmüşdü. 2016-cı ildə isə silahlılar Kabildəki Amerika Universitetinə hücum edərək 13 nəfəri öldürmüşdülər.

Ötən ay “İslam Dövləti” qruplaşması paytaxtın şiələr yaşayan ərazisində təhsil mərkəzinə intiharçı göndərib, 24 tələbə öldürülüb.

XS
SM
MD
LG