Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Aprel, Cümə, Bakı vaxtı 05:38

Bakı 84 yaşlı Mişa Melkumyanın nəşini Yerevana verib


Arxiv foto

Döyüş bölgəsində Azərbaycan əsgərlərinin aşkar edib paytaxt Bakıya gətirdiyi 84 yaşlı Mişa Melkumyan Qırmızı Xaçın vasitəşiliyi ilə Gürcüstan ərazisindən keçirməklə Ermənistana təhvil verilib.

Bu barədə Qırmızı Xaçın Ermənistan nümayəndəliyinə istinadla AzadlıqRadiosunun erməni xidməti məlumat yayıb.

Onun cümə axşamı Bakıda xəstəxanada öldüyü bildirilir.

Bundan əvvəl onunla birgə döyüş bölgəsindəki evlərdən birinin zirzəmisində aşkarlanan 85 yaşlı erməni əsilli qadın oktyabrın 29-da Yerevana təhvil verilib.

XS
SM
MD
LG