Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:50

Hər iki namizəd Floridaya gedir


Foto-kollaj
Foto-kollaj

Floridada 3 noyabr seçkisini udan namizəd 29 seçici səsi qazanacaq. Bu, namizədlərin seçkini qazanmasında həlledici rol oynayır

Oktyabrın 29-da ABŞ Prezidenti Donald Tramp və onun seçkidə rəqibi Co Bayden bir neçə saat aralıqla Florida ştatında seçki təbliğatı aparacaq. Seçkiyə cəmi beş gün qalır və namizədlər bu kritik ştatda dəstək qazanmağa çalışırlar.

Floridada 3 noyabr seçkisini udan namizəd 29 seçici səsi qazanacaq. Bu, namizədlərin seçkini qazanmasında həlledici rol oynayır.

Tramp və Baden yarımadanın Körfəz Sahilində yerləşən Tampa şəhərinə gedəcəklər. Tramp açıq havada tədbir keçirəcək. Baydenin tədbirinə qatılanlar isə onu avtomobillərindən izləyəcəklər.

“Böyük qırmızı dalğa olacaq”

Namizədlər seçki kampaniyasında bir-birinə əks tərzləri ilə diqqət çəkiblər. Tramp adətən açıq havada kütlə qarşısında çıxış edir, nadir hallarda maska taxır. Səhiyyə ekspertləri isə koronavirusun önlənməsi üçün maska taxmağı tövsiyə edirlər.

Bayden isə seçki tədbirlərinə ehtiyatla yanaşır, kiçik, sosial məsafəni gözləyən kütlə qarşısında adətən maskada çıxış edir.

Tramp oktyabrın 28-də Arizonada iki tədbir keçirib, seçkini udacağını deyib.

“Böyük, böyük qırmızı dalğa olacaq”, – Tramp Respublikaçı Partiyasının rənginə eyhamla deyib.

O, tərəfdarlarına onu da söyləyib ki, iyul-sentyabr ayları üçün iqtisadi artım böyük olacaq. Rəqəmlər bu gün Ticarət Departamenti tərəfindən açıqlanmalıdır.

“Bu seçki Tramp-ın super-dirçəlişi ilə Bayden depressiyası arasında seçim olacaq”, – Tramp deyib.

O, Baydenin səhiyyə məsələsinə diqqət ayırmasını lağa qoyub, deyib ki, keçmiş vitse-prezident daha çox karantin tətbiq etməklə ölkəni dağıdacaq.

“Yalançı vəd vermirəm”

Bayden isə oktyabrın 28-də Delaverdə həyat yolası Cil ilə birlikdə erkən seçkiyə qatılıb. İndiyədək 75 milyonadək amerikalının artıq poçtla, yaxud erkən səsverməyə getməklə seçkidə iştirak etdiyi bildirilir.

Bu, 2016-cı ilin prezident seçkisində səs vermiş şəxslərin ümumi sayının yarısından çoxdur.

Təhlilçilərin fikrincə, seçkinin nəticəsinin müəyyənləşdirilməsi zaman ala bilər. Bəzi həlledici ştatlarda poçtla göndərilmiş bülletenlərin sayılması bir neçə gün çəkəcək.

Bayden bir sıra rəy sorğularında Tramp-dan xeyli öndədir. Ancaq Floridada onlar demək olar yanaşı gedirlər.

Digər həlledici ştat olan Pensilvaniyada Bayden Trampı 4 faiz qabaqlayır.

Bayden oktyabrın 28-də səhiyyə ekspertləri ilə virtual brifinqdə pandemiyanı, səhiyyə böhranını müzakirə edib.

“Hətta qalib gəlsəm belə, bu pandemiyaya son qoymaq üçün çox iş görmək lazım gələcək”, – keçmiş vitse-prezident deyib.

“Düyməni basmaqla bu pandemiyaya son qoymaq kimi yalançı vəd vermirəm. Ancaq bunu vəd edə bilərəm: Birinci gündən düzgün olanı etməyə başlayacağıq. Qərarlarımızı elmə əsasən verəcəyik”, – o deyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG