Keçid linkləri

Təcili xəbərlər
2020, 03 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:52

Azərbaycanda karantin uzadılıb


Maska taxmayan, məsafə saxlamayan adam görəndə necə davranırsız?
Gözlə

No media source currently available

0:00 0:01:10 0:00

Maska taxmayan, məsafə saxlamayan adam görəndə necə davranırsız?

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti dekabrın 1-i saat 06:00-dək uzadılıb.

Bununla bağlı Nazirlər Kabineti qərar verib.

Qərar yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə izah edilir.

Bu barədə Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Eyni zamanda bildirilir ki, ölkə ərazisində mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən, son günlər Lənkəran şəhərində, Cəlilabad və Masallı rayonlarında yüksək yoluxma faktları aşkar olunub: "Bu səbəbdən 29 oktyabr saat 00:00-dan etibarən Lənkəran şəhəri, Cəlilabad və Masallı rayonlarına operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, eləcə də yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla giriş-çıxış dayandırılır".

Habelə Bakı, Sumqayıt, Gəncə, Yevlax, Mingəçevir, Şəki, Şirvan, Lənkəran şəhərləri, Abşeron və daha bir sıra rayonlarda aşağıda qeyd olunan tarixlərdə həftə sonları ictimai nəqliyyatın hərəkəti dayandırılır:

- 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06.00-dək;

- 7 noyabr saat 00:00-dan 9 noyabr saat 06:00-dək;

- 14 noyabr saat 00:00-dan 16 noyabr saat 06:00-dək;

- 21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək;

- 28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək.

Buna qədər ölkənin bir çox şəhər və rayonlarında da giriş-çıxış məhdudlaşdırılıb.

Azərbaycanda martın 24-dən karantindir. Son aylar rejim bir qədər yumşaldılsa da, bəzi yerlərdə onun yenidən sərtləşdirilməsinə başlanıb.

Bakı metrosu dekabrın 1-dək işləməyəcək

2020-ci il dekabrın 1-i, saat 06:00-dək Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılıb.

Bu, Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" Qərarına edilən müvafiq dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qərara əsasən, bu il oktyabrın 19-dan 2 noyabr saat 06:00-dək Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılmışdı.

Bakı metrosu bu karantin müddətində bir neçə dəfə müvəqqəti dayandırılıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1 milyon 100 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə indiyə qədər ümumilikdə 52137 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 699 nəfərin vəfat etdiyi açıqlanıb.

Multimedia

XS
SM
MD
LG