Keçid linkləri

Təcili xəbərlər
2021, 24 İyul, şənbə, Bakı vaxtı 20:38

Abbas Araqçinin Bakıya səfəri gözlənir


Abbas Araqçi

XİN-in sözçüsü Səid Xətibzadə deyib ki, Araqçi ilk öncə İranın sərhəd regionlarına səfər edərək son dəyişiklikləri öz gözlərilə görəcək

İran Xarici işlər nazirinin müavini Abbas Araqçinin oktyabrın 28-də Bakıya gələcəyi gözlənir. Onun regiona səfərinin məqsədi Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə etməkdir.

XİN-in sözçüsü Səid Xətibzadə deyib ki, Araqçi ilk öncə İranın sərhəd regionlarına səfər edərək son dəyişiklikləri öz gözlərilə görəcək.

Qırmızı xətt

Onun daha sonra Bakıya, Moskvaya, Yerevana və Ankara səfər edəcəyi gözlənir.

Dünən Araqçi Azərbaycanla həmsərhəd Ərdəbil vilayətinə səfəri zamanı Dağlıq Qarabağda münaqişə tərəflərinə İran ərazilərinin təhlükəsizliyinə hər hansı ziyan vurmaqla bağlı xəbərdarlıq edib.

“Sərhəd regionlarının, bəndlərin təhlükəsizliyi, buradakı tikintilər İran İslam Respublikası üçün çox vacibdir və qırmızı xətdir”, – Araqçi deyib.

Nazir müavini qeyd edib ki, münaqişə tərəfləri İranın sərhəd ərazilərinə hər hansı ziyan vurmaqdan çəkinməlidirlər.

“İran İslam Respublikasının Araz sərhəd çayı üzərində böyük su və elektrik obyektləri var”, – Araqçi vurğulayıb.

Diplomat səfəri zamanı Ərdəbil və Şərqi Azərbaycan vilayətlərində bir sıra bəndlərə baş çəkib.

Xatırlatma

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Azərbaycan açıqlayıb ki, son bir ayda 150 civarında kəndi, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Hadrut, Mincivan və Ağbənd qəsəbələrini işğaldan azad edib.

Azərbaycan 27 il öncə İranla sərhəddə əldən verdiyi ərazilərini də geri qaytarıb.

"Ağbənd qəsəbəsinin (Zəngilan rayonunda) azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olundu. Bu münasibətlə Azərbaycan və İran xalqını təbrik edirəm", - Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 22-də rəsmi Twitter səhifəsində yazmışdı.

Azərbaycanın İranla dövlət sərhədi 765 kilometrdir. Onun 132 kilometri işğal nəticəsində nəzarətsiz qalmışdı. İndi İranla bütün sərhədboyu ərazilərə tam Azərbaycan sərhədçilərinin nəzarət etdiyi bildirilir.

XS
SM
MD
LG