Keçid linkləri

Təcili xəbərlər
2021, 12 Aprel, Bazar ertəsi, Bakı vaxtı 11:00

Mədrəsəyə hücumda azı 9 tələbə öldürülüb


Arxiv fotosu

Paytaxt İslamabaddan 170 km qərbdə yerləşən Peşəvərdəki mədrəsədə partlayış zamanı 60-dan çox adam olub

Oktyabrın 27-də Pakistanın şimal-qərbində dini məktəbə bomba hücumunda azı 9 tələbə öldürülüb, 110-dan çox yaralı var.

Paytaxt İslamabaddan 170 km qərbdə yerləşən Peşəvərdəki mədrəsədə partlayış zamanı 60-dan çox adam olub.

Yerli polis rəsmisi Vaqar Azimin sözlərinə görə, kimsə seminariyaya çanta aparıb, onu mühazirə zalında qoyaraq çıxıb.

Yaralılar içində də tələbələr var.

Hələlik, hücuma görə məsuliyyəti götürən olmayıb.

Baş nazir İmran Xan hücumu pisləyib, hakim orqanlara yaralıları ən yaxşı tibbi xidmətlə təmin etmək tapşırığı verib.

2001-ci ildən Pakistan Talibanı ölkədə dövlət məktəblərini, məscidləri, ordunu hədəfə alır.

XS
SM
MD
LG