Keçid linkləri

Təcili xəbərlər
2021, 16 May, bazar, Bakı vaxtı 14:14

Gündəlik yoluxmada yeni rekord


COVID-19

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1022 yeni yoluxma faktı qeydə alınıb, 480 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı oktyabrın 30-da Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 10 nəfər də vəfat edib: "Azərbaycanda indiyədək ümumilikdə 54174 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 42996 nəfər müalicə olunaraq sağalıb, 718 nəfər vəfat edib, aktiv xəstə sayı 10460 nəfərdir".

Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 10179, hazırkı dövrədək isə ümumilikdə 1341466 test aparılıb.

Rəsmi açıqlamalara görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma halının fevralın 28-dən aşkarlandığı açıqlanıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1 milyon 100 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG