Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:13

Eldar Həsənovun həbs müddəti uzadılıb


Eldar Həsənov, arxiv foto

Oktyabrın 24-də Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı keçmiş səfiri Eldar Həsənov barəsində həbs qətimkan tədbiri 4 aylıq uzadılıb.

Bu barədə “Turan” agentliyinə Nəsimi rayon Məhkəməsindən məlumat verilib.

Məlumata görə, bu gün, oktyabrın 24-də bununla bağlı Nəsimi Rayon məhkəməsində istintaq orqanının təqdimatına baxılıb.

Məhkəmə təqdimatı təmin edib.

Eldar Həsənov bu il avqustun 13-də həbs edilib.O, iyulun əvvəlində həbs olunan Xarici İşlər Nazirliyinin vəzifəli şəxsləri haqqındakı cinayət işi üzrə məsuliyyətə cəlb olunub.

Ona qarşı cinayət məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 308-1.1 (büdcə vəsaitlərini təyinatı üzrə istifadə etməmə) maddəsi ilə ittiham irəli sürülüb.

Eldar Həsənovun ittiham olunduğu maddələrdə 7 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Amma Eldar Həsənov ittihamları qəbul etmir. O, məhkəmədə də özünü təqsirli bilmədiyini deyib.

Eldar Həsənov 2013- cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri təyin edilib. Bundan əvvəl isə o, 12 il Azərbaycanın Ruminiyada səfiri olub.

Diplomatik fəaliyyətdən öncə isə Azərbaycanda Respublika Prokurorluğuna rəhbərlik edib.

1995-ci il martin 22-dən 2000-ci il aprelin 21-nə qədər baş prokuror vəzifəsində çalışıb.

O həbsi ilə bağlı səfir vəzifəsindən geri çağırılıb.

Multimedia

XS
SM
MD
LG