Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:00

Azərbaycan-İran sərhədində növbə yaranıb


Yük maşınlarının növbəsi
Yük maşınlarının növbəsi

Azərbaycan-İran sərhədində yük maşınlarının növbəsi yaranıb.

Astara sərhəd-keçid məntəqəsinin önündə növbəyə duran yük maşınlarının sürücülərinin deməsinə görə, oktyabrın 22-dən bu vəziyyət yaranmaqdadır. Növbədə gözləyən yük maşınları, əsasən, Rusiyaya məxsusdurlar. Onların sürücüləri deyir ki, gecikmənin səbəbi izah edilmir:

"Kənd təsərrüfatı məhsulları daşıyırıq"

"İrana və Azərbaycana məxsus yük maşınlarını buraxırlar. Onlarda növbə yoxdur. Bəlkə də bu ondan irəli gəlir ki, Rusiyadan gələn yük maşınları çoxdur. Arxadan yük maşınlarının gəlməsi davam edir. Əsasən, kənd təsərrüfatı məhsulları daşıyırıq".

Yük maşınlarının növbəsi
Yük maşınlarının növbəsi

Məsələyə, hələlik, Azərbaycan Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti rəhbərliyindən münasibət almaq mümkün olmayıb. Amma Astara Yük Terminalının adının çəkilməsini istəməyən əməkdaşının deməsinə görə, Astaraçayın üzərində olan körpü təmir edilir:

"Körpü təmir edildikdən sonra problem olmayacaq"

"Ehtimal edilir ki, müharibə qurtarandan sonra yük maşınların sayı artacaq. Ona görə körpünü təmir edirlər. Körpü təmir edildikdən sonra problem olmayacaq. Buna baxmayaraq maşınları buraxırlar".

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG