Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:45

Avropada ikinci dalğa xəstəxanaları doldurur


Serbiya, 21 oktyabr, 2020-ci il

Altı ay öncə böhranın pik həddində olduğundan iki dəfə az xəstə qəbul etmələrinə baxmayaraq, xəstəxanalarda gərginlik artmaqdadır.

Avropada yeni koronavirusa yoluxmaların ikinci dalğası tam gücüylə davam edir, son 10 gündə yoluxmalar iki dəfədən çox artıb. Bunu “Reuters” üzə çıxarıb.

Oktyabrın 22-də regionda ilk dəfə olaraq gündəlik yoluxmalar 200 mini keçib.

Altı ay öncə böhranın pik həddində olduğundan iki dəfə az xəstə qəbul etmələrinə baxmayaraq, xəstəxanalarda gərginlik artmaqdadır.

Remdesivirdən istifadə təsdiqlənir

Xəstəxanaya yerləşdirilmə göstəricisi pandemiyanın kəskinliyindən və ölümlərdən xəbər verir. Amma ilin əvvəli ilə müqayisədə virusa qarşı müalicədə, tibbi xidmətdə irəliləyiş var.

Birləşmiş Ştatlarda ABŞ Ərzaq və Dərman Administrasiyası virusa qarşı remdesivir dərmanından istifadəyə icazə verib. Avropada isə remdesivirdən müvəqqəti istifadə təsdiqlənib.

Avropa boyunca xəstəxanalar gələn həftələr, aylar ərzində vəziyyətin pisləşməsinə hazırlaşırlar.

Avropada virusun tüğyan etdiyi Çexiya karantin elan edib və hökumət NATO və AB ölkələrindən 300-dək hərbi səhiyyə personalının dəvət olunması planını təsdiqləyib. Məqsəd koronaviruslu xəstələrin müalicəsində yardım almaqdır.

Belçika və digər ölkələrdə xəstəxanalar vacib olmayan müalicə prosedurlarını təxirə salırlar. Polşa hökuməti Varşavadakı Milli Stadionu 500 xəstənin müalicə alacağı səyyar xəstəxanaya çevirir.

Fransada xəstəxana çarpayılarının 44 faizi...

Artıq Fransada xəstəxana çarpayılarının 44 faizinin COVID-19 xəstələri ilə dolduğu xəbər verilir.

Ölkədə gündəlik yoluxma sayı 30 min civarındadır. Fransanın Baş naziri Jan Kasto 38 regionda komendant saatını uzadıb, “ikinci dağla gəldiyindən” koronavirusun yayılmasını səngitməyə çalışdığını elan edib.

1 milyondan çox yoluxmanın qeydə alındığı İspaniya da mümkün komendant saatı tədbiri nəzərdən keçirdiyini bildirib. Səhiyyə naziri ölkənin bəzi yerlərində epidemiyanın nəzarətdən çıxdığını deyib.

Yunanıstanda, İtaliyada gecə komendant saatı, Slovakiyada qismən karantin elan olunub

Almaniyada bu həftə gündəlik yoluxmalar 10 mini keçdiyindən hökumət qadağaları sərtləşdirməyi nəzərdən keçirir.

“Bild” qəzeti oktyabrın 23-də yazıb ki, hakimiyyət ilin sonunadək vaksinasiyanı başlamağı planlaşdırır.

XS
SM
MD
LG