Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Fevral, bazar, Bakı vaxtı 12:21

Ermənistanın müxalifət lideri girovluğa buraxılıb


Gagik Tsarukyan (sağda)

Zəngin biznesmen, Firavan Ermənistan Partiyasının (BHK) lideri Gagik Tsarukyan 2017-ci il parlament seçkisində rüşvətxorluqda ittiham olunur

Ermənistanda əsas müxalifət partiyasının lideri girovla azadlığa buraxılıb. O, səsləri satın almaq ittihamıyla təxminən bir ay həbsdə qaldı. Özü isə cinayət işini siyasi motivli hesab edirdi.

Zəngin biznesmen, Firavan Ermənistan Partiyasının (BHK) lideri Gagik Tsarukyan 2017-ci il parlament seçkisində rüşvətxorluqda ittiham olunur. O, oktyabrın 22-də 100 milyon dram (206 min dollar) müqabilində həbsdən buraxılıb.

Aparıcı müxalifət partiyası liderinin azadlığa buraxılması çağırışı sentyabrın 27-də Dağlıq qarabağda əməliyyatlar qızışandan sonra güclənmişdi.

BHK təmsilçiləri və digər müxalif siyasətçilər Tsarukyanın azadlığa buraxılmasının milli vəhdəti gücləndirəcəyini deyirlər.

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan son günlər 110 civarında kəndi, Cəbrayıl, Füzuli, Zəngilan şəhərlərini, Hadrut və Mincivan qəsəbələrini işğaldan azad etdiyini açıqlayıb.

XS
SM
MD
LG