Keçid linkləri

Təcili xəbərlər
2021, 06 Mart, şənbə, Bakı vaxtı 14:34

Belarus müxalifəti Saxarov mükafatının qalibi oldu


Svetlana Tixanovskaya (ortada), Mariya Kalesnikava (sağda) və Veranika Tsapkala

Avropa Parlamenti 2020-ci il Saxarov Düşüncə Azadlığı Mükafatını Belarus müxalifətinə verib.

“Belarusda demokratik müxalifəti təmsil edən qadın və kişilərin 2020-ci il Saxarov Mükafatı laureatları olmasını açıqlamaqdan şərəf duyuram”, – Avropa Parlamentinin Prezidenti Deyvid Sassoli deyib.

Təqdimetmə mərasimi dekabrın 16-na planlaşdırılsa da, koronavirus pandemiyasına görə Brüsseldə, yaxud Strasburqda keçiriləcəyi bəlli deyil.

Mükafat müxalifətin tanınmış fiqurları olan Svetlana Tixanovskaya, Mariya Kalesnikava, Veranika Tsapkala, Volha Kavalkova, Nobel mükafatçı Svetlana Aleksiyeviç və digərlərinə verilir.

Avqustun 9-da keçirilən prezident seçkisinin qalibi Alyaksandr Lukaşenka elan olunandan sonra ölkəni etirazlar bürüyüb, bir neçə nəfər öldürülüb, 10 mindən çox etirazçı həbs olunub, yüzlərlə xəsarət alan var.

XS
SM
MD
LG