Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:24

Gürcüstanda bankda 19 nəfəri girov götürüb


Hadisə yeri

Hadisə oktyabrın 21-də ölkənin şərqindəki Zuqdidi şəhərində “Bank of Georgia”nın filialında baş verib. Daxili İşlər Nazirliyi bank əməkdaşları və müştərilərinin girov götürüldüyünü bildirib

Gürcüstan hərbi formalı, maska taxmış bir silahlı bankda 19 nəfəri girov götürüb.

Hadisə oktyabrın 21-də ölkənin şərqindəki Zuqdidi şəhərində “Bank of Georgia”nın filialında baş verib. Daxili İşlər Nazirliyi bank əməkdaşları və müştərilərinin girov götürüldüyünü bildirib.

AzadAvropa/AzadlıqRadiosu-nun hadisə yerində olan əməkdaşının bildirməsinə görə, silahlı binanın içində atəş açıb. Daha öncə isə bir neçə yaşlı girovun binadan çıxmasına icazə verib.

Polislə bir neçə saat çəkən qarşıdurmadan sonra silahlı üç girovla birlikdə binanı tərk edib.

Onun 500 min dollar və ərazidən təhlükəsiz şəkildə çıxmağa təminat istədiyi xəbər verilir.

Televiziyada gedən məlumatlara görə, girovlardan biri polisin adamıdır.

Kadrlarda silahlının bir girov və əlində qumbara ilə binadan çıxdığı görünür.

Onun hazırda harada olduğu bəlli deyil.

“Arsenal” hərbi dərgisinin baş redaktoru İrakli Aladaşvilinin AzadAvropa/AzadlıqRadiosu-nun Gürcüstan xidmətinə deməsinə görə, silahlının əlində Kalaşnikov tipli avtomat silah, əynində Gürcüstan Silahlı Qüvvələrinin uniforması olub.

XS
SM
MD
LG