Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Fevral, Cümə axşamı, Bakı vaxtı 10:03

O.Gülalıyevin məhkəməsinin vaxtı bilindi


Oqtay Gülalıyevi vuran sürücü danışdı
Gözlə

No media source currently available

0:00 0:02:23 0:00

Oqtay Gülalıyevi vuran sürücü danışdı

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin məhkəməsi oktyabrın 30-na təyin edilib.

Bu barədə AzadlıqRadiosuna müdafiə tərəfindən bildiriblər.

Oqtay Gülalıyevin işi məhkəmədə

Nəsimi rayon Məhkəməsi Oqtay Gülalıyev ilə bağlı cinayət işinə baxacaq.

Bu barədə O.Gülalıyevin vəkili Fuad Ağayev bildirib.

Vəkilin deməsinə görə, hüquq müdafiəçisi O.Gülalıyevin avtomobillə vurulması ilə bağlı qaldırılmış cinayət işinin ibtidai istintaqı baş çatıb.

O deyib ki, cinayət işinə Bakının Nəsimi rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

"Hələ cinayət işi üzrə hazırlıq iclasının vaxtı təyin edilməyib", - F.Ağayev vurğulayıb.

Hüquq müdafiəçisi O.Gülalıyevin 2019-cu il oktyabrın 29-da Bakının mərkəzində piyada keçidində avtomobillə vurulduğu bildirilir. Onun başından aldığı zədə nəticəsində hələ də komada olduğu deyilir.

Fakt üzrə Cinayət Məcəlləsinin 263.1.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi qaldırılıb.

Xatırlatma

O.Gülalıyev qəzadan sonra, elə 2019-cu il oktyabrın 29-da axşam Bakıdakı Kliniki Tibbi Mərkəzə gətirilib. Oktyabrın 31-də isə "City Hospital"da əməliyyat edilib. Noyabrın 1-də Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb. 2019-cu il noyabrın 5-də Heydər Əliyev Fondunun dəstəyi ilə müalicəsini davam etdirmək üçün Türkiyənin İstanbuldakı Avrasiya Klinikasına yerləşdirilib.

Noyabrın 20-dən onun müalicəsi Amerika Xəstəxanasında davam etdirilir.

O.Gülalıyevin vurulduğu avtomobilin sürücü qəzanı qəsdən törətmədiyini, bunun ehtiyatsızlıqdan baş verdiyini söyləyib. Ancaq Azərbaycanda bəzi fəallar və müxalifət təmsilçiləri rəsmi açıqlama və sürücünün dediklərinə şübhə ilə yanaşırlar.

Bu müddət ərzində hüquq müdafiəçisi dörd dəfə əməliyyat olunub.

XS
SM
MD
LG