Keçid linkləri

Təcili xəbərlər
2021, 04 Mart, Cümə axşamı, Bakı vaxtı 05:38

ABŞ İrana silah satışını sanksiyalarla hədələyir


Tehran, 14 oktyabr, 2020-ci il

2015-ci il nüvə sazişinə görə, Tehran sazişə əməl edəcəyi halda BMT-nin embarqosu 2020-ci il oktyabrın 18-də bitməliydi

Birləşmiş Ştatlar İrana adi silahlar satacaq fərd və qurumları sanksiyalarla hədələyib. Bundan bir neçə saat öncə Tehran BMT-nin müvafiq embarqosunun qaldırıldığını açıqlayıb.

2015-ci il nüvə sazişinə görə, Tehran sazişə əməl edəcəyi halda BMT-nin embarqosu 2020-ci il oktyabrın 18-də bitməliydi.

Ancaq Birləşmiş Ştatlar 2018-ci ilin mayında nüvə sazişindən çıxıb, ötən ay İranın sazişin şərtlərinə əməl etmədiyini deyərək embarqonun təkrar işə salındığını bəyan edib.

Dövlət katibi Mayk Pompeo oktyabrın 18-də bildirib ki, Birləşmiş Ştatlar İrana, yaxud bu ölkədə adi silahların satışı, transferində rolu olan istənilən fərd, yaxud quruma sanksiya tətbiq etməyə hazırdır.

Sözügedən embarqo İranın tank, döyüş təyyarələri, ağır artilleriya almasını əngəlləyirdi.

İran isə artıq ötən həftədən embarqonun qaldırılmasını bayram edib. Prezident Həsən Ruhani oktyabrın 14-də deyib ki, “on illik ədalətsiz silah sanksiyaları oktyabrın 18-də bitəcək”.

Xarici işlər naziri Məhəmməd Cavad Zərif embarqonun qaldırılmasını beynəlxalq ictimaiyyət üçün “əlamətdar gün” adlandırıb.

XS
SM
MD
LG