Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Noyabr, şənbə, Bakı vaxtı 07:01

Biden və Tramp seçki kampaniyasını davam etdirirlər


Co Bayden (solda) və Donald Tramp

Tramp Qərb ştatlarındadır, Nevadada iki tədbir keçirib. Oktyabrın 19-da Arizonada olacağı gözlənir

ABŞ Prezidenti Donald Tramp və onun Demokrat partiyasından rəqibi Co Bayden oktyabrın 18-də ölkənin bir-birinə əks tərəflərində seçki təbliğatı aparıblar. Onlar dörd il öncə rəqib partiyanın udduğu ştatlarda daha çox səs toplamağa çalışırlar.

Tramp Qərb ştatlarındadır, Nevadada iki tədbir keçirib. Oktyabrın 19-da Arizonada olacağı gözlənir.

Bayden isə əvvəlcə doğma Delaver ştatına, daha sonra Şimali Karolinaya gedib. 2008-ci ildən bəri Şimali Karolinada demokrat namizəd qalib gəlməyib.

28 milyonadək amerikalı artıq poçtla, yaxud şəxsən səs veriblər. Prezident seçkisi noyabrın 3-nə planlaşdırılır.

Oktyabrın 22-də iki namizədin Tennesi ştatında debatı gözlənir. Oktyabrın 15-də onlar ayrı-ayrılıqda sualları cavablandırması televiziya ilə eyni vaxtda yayınlanıb.

XS
SM
MD
LG